Accessibility links

Polad Aslanov təcridxanada 6-cı gündür aclıq edir


1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan xeberman.com saytının redaktoru Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova və hüquq-müdafiə təşkilatı onu aclıq aksiyasını dayandırmağa çağırıb.

“Polad artıq altıncı gündür ki, qeyri-obyektiv istintaqa və məhkəmənin müdafiə tərəfinin vəsatətlərini rədd etməsinə etiraz olaraq aclıq edir,” Aslanova Penitensiar Xidmətin və 1 saylı Bakı İstintaq Təcridxanasına rəisinə müraciətində yazır.

O, həyat yoldaşının vəziyyəti barədə məlumat ala bilmədiyini qeyd edərək, ünvan sahiblərini onun çağırışını Polada çatdırmağa çağırır.

“45 kiloqram çəkisi olan və ürək-damar xəstəliyindən əziyyət çəkən bir şəxsin aclıq etməsi ölümə bərabərdir. Aclıq onun immunitetini zəiflədir ki, bu da pandemiya şəraitində xüsusilə təhlükəlidir,” Aslanova yazır.

O, ombudsman və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisini də məlumatlandırdığını bildirib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Polad Aslanovun aclıq etməsi ilə bağlı yayılan xəbərləri Ameirkanın Səsinə nə təsdiq, nə də təkzib ediblər.

Repressiya və İşgəncələr Əleyhinə Komitəsi də Polad Aslanovu aclığı dayandırmağa çağırıb.

Aslanovun peşə fəaliyyətinə görə təqib olunduğuna əminliyini bildirən komitə onu səhhətindəki problemlərə görə aclıq aksiyasına son qoymağa çağırıb.

Polad Aslanov 2019-cu il iyunun 12-də saxlanılıb və 4 ay müddətinə həbs edilib. Ona qarşı CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır. Oktyabrın 5-də jurnalistin həbs müddəti daha 4 ay uzadılıb. O, İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq üçün digər jurnalistləri cəlb etməkdə ittiham olunur.

Dekabrda ona qarşı CM-in 134-cü maddəsi (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) ilə daha bir ittiham irəli sürülüb.

Lakin fevralın 10-da bu maddə üzrə zərərçəkmiş şəxs kimi tanınan Dəyanət Babayev şikayətdən imtina edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG