Accessibility links

Polşa Rusiyanın xeyrinə təxribat planları ilə əlaqədar 14 nəfərə hökm çıxarıb


Varşava
Varşava

Polşa məhkəməsi çərşənbə axşamı Rusiya, Belarus və Ukraynanın 14 vətəndaşına Rusiyanın xeyrinə təxribat hazırladıqlarına görə hökm çıxarıb. Həmin şəxslərin "mütəşəkkil cinayətkar qrupun tərkibində fəaliyyət göstərdikləri" bildirilib.

Keçən ay müttəhimlərə qarşı casusluq, xüsusən də Ukraynaya yük daşıyan dəmir yollarında təxribat törətmək, habelə Polşada hərbi obyektlərə və mühüm infrastruktura izləmək kimi ittihamlar irəli sürülüb.

"İşə baxıldıqdan sonra məhkəmə bütün müttəhimləri ittiham olunduqları cinayətlərdə təqsirli bilib və onlardan bəzilərinin mütəşəkkil cinayətkar qrupun tərkibində fəaliyyət göstərdiyini müəyyən edib", hakim Yaroslav Kovalski hökmü elan edərkən deyib.

Müttəhimlərin 14-ü də qiyabi mühakimə olunub. Belə ki onların hamısı öz təqsirlərini etiraf edib və məhkəmədə iştirak etməyiblər.

Lyublin məhkəməsinin sözçüsü Barbara Markovska France Press agentliyinə qrup üzvlərinin Rusiya, Ukrayna və Belarus vətəndaşları olduqlarını bildirib.

Casusluq şəbəkəsinin təqsirli olduqları ilə bağlı ilkin iddialarını geri götürən digər iki üzvünun məhkəməsi ayrı keçiriləcək.

Mühakimə olunanlar arasında iyun ayında həbsi Moskvanın "qətiyyətli etirazına" və Polşadan "geniş izahat" tələb etməsinə səbəb olan Polşa Sosnovits klubunun rusiyalı xokkey oyunçusu Maksim S. də var.

Rzeczpospolita qəzetinin xəbər verdiyinə görə, casus qrupuna həmçinin "iki ukraynalı hüquqşünas, bir politoloq, bir fransız dili müəllimi, bir aptek texniki və bir proqramçı daxildir".

Müstəntiqlərin fikrincə, qrup üzvləri sifarişləri Telegram kanalı vasitəsilə, ödənişləri isə kriptovalyuta şəklində alıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG