Accessibility links

Polşanın baş naziri Macarıstan və Slovakiyanın xarici işlər nazirlərini Lavrovla görüşdüklərinə görə tənqid edib


Polşanın baş naziri Donald Task(solda) və Litva prezidenti Gitanas Nauseda
Polşanın baş naziri Donald Task(solda) və Litva prezidenti Gitanas Nauseda

Polşanın Baş naziri Donald Task bazar ertəsi Macarıstan və Slovakiyanın xarici işlər nazirlərini Türkiyədə keçirilən regional forum zamanı rusiyalı həmkarları ilə görüşdüklərinə görə kəskin tənqid edib.

Task deyib ki, Rusiyanın müxalifət lideri Aleksey Navalnının Moskvada dəfn edildiyi gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş "yalnız yaxşı və ya pis zövqün ifadə demək deyil".

"Aleksey Navalnının dəfn edildiyi gün ziyafət məsələsi Macarıstan hökuməti tərəfindən bizim mənəvi və siyasi səbəblərə görə qəbul etməkdə çətinlik çəkdiyimiz daha bir işarədir", Task mətbuat konfransında deyib.

Macarıstanın xarici işlər naziri Piter Şiyarto və Slovakiyanın xarici işlər naziri Yuray Blanar Lavrovla cümə günü Antalya Diplomatiya Forumu zamanı görüşüblər. Şiyarto Lavrovla naharın təfərrüatlarını sosial media profilində yerləşdirib.

"Bratislava və Budapeştdəki həmkarlar bir daha sübut edir ki, müəyyən məsələlərlə bağlı fikirlərimiz çox fərqlidir. Əlbəttə, bunlar Rusiyaya münasibət və Ukraynaya hücumla bağlı məsələlərdir" - deyə, Task bildirib.

Taskla görüşən Litvanın Baş naziri İnqrida Şimonite
Lavrovla görüşün "təəssüf doğuran seçim" olduğunu deyib.

Mərkəzi Avropa ölkələri arasında Rusiyanın Ukraynaya qarşı müharibəsi və münaqişənin həlli ilə bağlı dərin fikir ayrılığı mövcuddur. Polşa və Çex Respublikası silah tədarükü də daxil olmaqla, Ukraynaya ciddi dəstək verməkdə həmrəy olsalar da, Macarıstan və Slovakiyanın fikirləri kəskin şəkildə fərqlidir.

Forum

XS
SM
MD
LG