Accessibility links

Rusiyalı könüllülər Polşada Ukrayna qaçqınlarına yardım edir


Rusiyalı könüllülər Polşada Ukraynadan qaçanlara yardım edir
please wait

No media source currently available

0:00 0:03:01 0:00

Rusiyalı könüllülər Polşada Ukraynadan qaçanlara yardım edir

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən bir il sonra Polşaya qaçqın axını azalsa da, lakin yüzlərlə insan hələ də hər gün yola çıxır. Onları sərhəddə qarşılayan yardım qrupları arasında rusiyalı könüllülərinin çalışdığı bir xeyriyyə təşkilatı da var.

Mariya Kryuçkova deyir ki, könüllülük onun Rusiya vətəndaşı kimi günahkarlıq hissindən qurtarmasına yardım edir. Rusiya bir il əvvəl Ukraynaya hücuma başlayanda o, doğma Sıktıvkar şəhərini tərk edərək, qaçqınlara yardım etmək üçün Polşa-Ukrayna sərhədinə gəlib. "Mən kiməsə, necəsə yardım etməli idim. Buna görə də mən Polşada hardasa könüllülər proqramı tapmağa çalışırdım. İlk dəfə burada insanlara rus olduğumu deyəndə çox qorxurdum, çünki o vaxt ağır hisslər keçirirdim və özümü günahkar hiss edirdim. Bu bəzən insanları qorxudur. Bəzən də həqiqətən xoşbəxt olurlar. Amma indi başa düşürəm ki, Ukraynadan olanlar bilməlidirlər ki, müharibənin əleyhinə olan və onları dəstəkləyən çox sayda ruslar var" - deyə, o bildirir.

“Ruslar Ukrayna Uğrunda” xeyriyyə təşkilatının Ukrayna sərhədinə yaxın bu binada qaçqınlar üçün sığınacağı fəaliyyət göstərir. Burada qalanlar arasında Anna Sulmya və ailəsi Polşaya Ukraynanın cəbhə xəttindən çox da uzaqda olmayan Dneprdən qaçıb. "Mən ilk növbədə rus olmasına baxmayaraq, onların dəstəyini çox yüksək qiymətləndirirəm. Hər millətdə, hər xalqda yaxşı olmayan insanlar var".

77 yaşlı Mikola İvanoviç də evini tərk etmək məcburiyyətində qalıb. Əvvəlcə o, Rusiyanın Ukraynaya qarşı müharibə aparacağına inana bilməyib. Buna görə də o yaşadığı yerdə qalıb. Ancaq müharibədən bir il sonra İvanoviç deyir ki, o, Rusiyanın işğalının əsl mahiyyətini öyrənib. "Bu, irqin kökünün kəsilməsidir. Onlar Ukraynanın kökünü kəsmək istəyirlər. Onlar döyüşmürlər. Sadəcə olaraq insanları yox edirlər. xalqı məhv edirlər. Ukraynanı yer üzündən silmək üçün".

Rusiyalı könüllülər ukraynalı qaçqınlara yardımı ehtiyac olduğu müddət davam edəcəklərini deyir. Lakin Kryuçkova üçün bu asan olmaya bilər. Onun Polşa vizasının vaxtı tezliklə bitəcək. Mariya Kryuçkova: "Bu yaxınlarda bir məlumat, məktub aldım ki, mən Polşa üçün təhlükə ola bilərəm və buna görə də yəqin ki, mənə qalmağa icazə verməyəcəklər. Amma mən bunun təsdiqini gözləyirəm. Sonra nə edəcəyimə qərar verəcəyik. Çünki hazırda Rusiyaya gedə bilmirəm, çünki yəqin ki, həbs ediləcəm”"

Kryuchkova deyir ki, ona qalmaq icazəsi verilməsə, siyasi sığınacaq üçün müraciət edəcək. Onun təhlükəsiz yerə üz tutması sağ qalmaq deyil, seçimdir. Lakin ukraynalı qaçqınlar kimi, o və minlərlə digər rusiyalı Rusiya prezidenti Vladimir Putinin rejimindən qaçır.

XS
SM
MD
LG