ABŞ-dan olan könüllü həkimlər qrupu polşalı və ukraynalı həmkarları ilə birlikdə Ukraynadan olan bəzi uşaqların yaralarını sağaltmağa çalışır. Uşaqlara Rusiyanın genişmiqyaslı işğalından bəri Ukraynada çox ehtiyac duyulan əməliyyatlar edilir.
Dəhlizin sonunda, 10-cu palatada Ukraynanın mərkəzi Aleksandriya şəhərindən olan 16 yaşlı Yehor əməliyyatını gözləyir. Həkimlər onun boynundakı zədələri düzəldəcək. Bu zədələrə görə o, başını yaxşı döndərə bilmir. Anası Tetyana onun yanındadır. "Hər şey yaxşı olacaq, oğlum, narahat olma."
Yehorun bir çox döyməsi var. Onlar dörd il əvvəl baş vermiş hadisədən sonra qalan izləri də qismən örtür. Yehor Dixtyaruk: "27 min voltluq elektrik cərəyanı alanda 12 yaşım var idi. Bədənimin 55 faizi yanıb".
Yehor neçə əməliyyat keçirdiyini belə artıq bilmir. Lakin Ukraynada müharibə başlayandan sonra ona heç bir əməliyyat olunmayıb. "Hazırda Ukraynada planlaşdırılan heç bir əməliyyatlarımız yoxdur, çünki müharibə başlayıb və demək olar ki, bütün xəstəxanalar hərbçilərlə doludur. Yalnız təcili əməliyyatlar edilir".
Buna görə də Tatyana amerikalı həkim Gennadi Fuzaylovun təşəbbüsü barədə eşidəndə dərhal müraciət edib.
Gennadi Fuzaylov "Uşaqlara yardım edən həkimlər" təşkilatının təsisçisidir. 2010-cu ildən bəri yanıq xəsarəti almış uşaqları pulsuz əməliyyat etmək üçün Ukraynaya gedib. Bu il müharibə səbəbindən Fuzailov 11 mütəxəssisdən ibarət komandasını Polşaya gətirə bilib. "Mən öz komandamla çox fəxr edirəm. Bu insanlar Amerikanın iki aparıcı məktəbi olan Harvard və Miçiqan Tibb Məktəbində təcrübə keçən çox iddialı, məhsuldar, böyük cərrahlardır. Onlar bura gəlmək üçün məzuniyyətə çıxıb."
Cərrah David Braun 10 ilə yaxındır ki, Fuzaylovla işləyir. O deyir ki, bu çox vacib işdir, çünki uşaqlardakı yanıq xəsarətləri daim yeni əməliyyatlar tələb edir. "Çünki onlar böyüdükcə çapıqlar böyümür. Və həmin çapıqlar onların qollarının hərəkətini və ya ağızlarını açmasını sıxır və məhdudlaşdırır. Məsələ təkcə çapıqların necə görünməsində deyil. Bu dəhşətdir. Lakin uşağın qolları və ayaqlarını necə hərəkət etdirə bilməsi, cəmiyyətdə necə dolana bilməsi daha vacibdir”.
Həkimlər Ukraynanın müxtəlif regionlarından olan 19 uşağı əməliyyat edib. Gennadi Fuzaylov: "Hər xəstəyə 5-6 əməliyyat edilib. Belə cərrahlar dəstəsi olmasaydı, biz belə mürəkkəb əməliyyatlar edə bilməzdik. Əllərdə, sinirlərin tikilməsində, əzələlərdə ….".
Nəqliyyatdan tutmuş mənzilə, yeməyə qədər hər şeyi həkim Fuzaylovun təşkilatı ödəyir. Leçnadakı Polşa xəstəxanası tibbi xidmətə görə cavabdehdir. Leçna Müstəqil İctimai Səhiyyə Mərkəzindən Pyotr Tomaka: "Biz onlara əməliyyat otaqlarımıza və palatalarımıza giriş imkanı verir, əməliyyatdan əvvəl və sonrakı dövrlərdə xəstələrə qulluq etmək üçün tibb işçiləri ilə təmin edirik. Xərclərin böyük hissəsini biz öz üzərimizə götürmüşük və Polşa hökuməti isə xəstəxanaya ödəniş edir".
Ukraynalı həkimlər gənc xəstələrin əməliyyatdan sonra reabilitasiyasına yardım edir. Plastik cərrah Artyomm Posunko onların bir çoxunu Ukraynanın Dnepr şəhərindəki xəstəxanada müalicə edib. Daha dörd ukraynalı həkim onunla birlikdə Polşaya gedib. Onun üçün təcrübə mübadiləsi əvəzsizdir. "Biz eyni kitabları və məqalələri oxuyuruq. Lakin onlar bizdən fərqli işlər edir. Əməliyyatın vaxtını necə azaltmaq, daha az travmanı necə etmək və tam olaraq planlaşdırılan əməliyyatı necə etmək. Bu, ilk növbədə balaca xəstələrimiz üçün çox vacibdir".
Hər üç həkim komandası - ABŞ, Polşa və Ukraynadan olan həkimlər logistikanın bu missiyanın ən çətin hissəsi olduğunu sübut edib. Amma proses artıq işlənib, ona görə də bütün iştirakçılar əməliyyatları gələn il həyata keçirməyə ümid edir.