Accessibility links

Polis, Kolumbiya Universiteti binası ələ keçiriləndən sonra fələstinliləri dəstəkləyən nümayişçiləri həbs edib


Çərşənbə axşamından çərşənbəyə keçən gecə Los Ancelesdə yerləşən Kaliforniya Universitetində (UCLA) salınan fələstinlilərə dəstək düşərgəsində toqquşma baş verib. Belə ki, əks nümayişçilər dəfələrlə əşyalar ataraq, düşərgədəki barrikadaları dağıtmağa çalışıblar. Ölkənin digər hissəsində Nyu Yorkda isə polis Kolumbiya Universitetində fələstinliləri dəstəkləyən nümayişçilərin ələ keçirdiyi kampus binasını təmizləyib.

UCLA rəsmiləri univeristetin İsraildən investisiya vəsaitlərini geri götürməsini tələb edən etirazın qanunsuz olduğunu və universtitet qaydaları pozduğunu elan edib. Çərşənbə axşamı etirazçılar və əks etirazçılar başda bir-birilərin uzaqda olublar, ancaq gecə vəziyyət zorakı halı alıb. Belə ki, əks etrirazçılar fişəng atıblar, düşərgə barrikadasna doğru irəliləyiblər və davamlı olaraq etirazçılara əşyalar atıblar.

Barrikadanın önündə iki tərəf arasında kiçik toqquşmalar olub. Polis universitet liderlərinin tələbi üzərinə əraziyə gəlsə də, zabitlər tərəfləri dərhal ayırmayıb.

Nyu Yorkda dəbilqə və işğtişaş geyimi geyinmiş polis Kolumbiya Universiteti və Nyu York Şəhər Kollecində onlarla fələstinli tərəfdarı etirazçını saxlayıb.

Kolumbiya Universitetinin sözçüsü açıqlamasında bildirib ki, universitet rəhbərliyi polisi “icmamızda təhlükəsizlik və nizamı bərpa etmək” üçün çağırılıb.

“Biz təəssüf edirik ki, etirazçılar əməlləri ilə vəziyyəti eskalasiya etməyi seçiblər,” sözçü deyib. “Universitet gecə Hamilton Hall binasının zəbt edildiyini, vandalizm və blokadaya məruz qaldığını öyrənəndən sonra, bizim başqa seçimimiz qalmamışdı.”

Kolumbiya Universitetinin bir qrup müəllim heyəti rəhbərliyin polisə üz tutmaq qərarını tənqid edərək bildirib ki, fakültə heyətinin üzvləri iki ildir müdaxilə edib, vəziyyəti sakitləşdirməyə çalışıb, ancaq universitet liderləri buna imkan verməyib.

“Nyu York Polis İdarəsinin məhəlləmizdə mövcudluğu bütün icmamızı təhlükə altına atır. Silahlı polisin kampusumuza daxil olması tələbələr və kampusdakı hər kəsi risk altında qoyur,” Amerika Universitet Professorları Assosiasiyasının Kolumbiya Universiteti Bölməsinin bəyanatında deyilir.

Müəllim heyəti əlavə edib ki, universitet rəhbərlərini “bizi bu nöqtəyə gətirən fəlakətli mühakimə səhvlərinə görə cavabdeh tutacaq."

İsrailin Qəzzada müharibəsinə etiraz edərək, universitetin ölkədən investisiya vəsaitlərini geri götürməsini, nümayişçilərə amnistiya tələb edən tələbələr çərşənbə axşamı erkən saatlarda Hamilton Hall binasına daxil olub. Bu, universitetin yaxınlıqdakı etiraz nöqtəsində çadırları yığışdırmağı rədd edən tələbələrə universitetdən kənarlaşdırmaq cəzası verməyə başlamasından bir neçə saat sonraya təsadüf edib.

Hamilton Hall 1960-cı illərdən bəri universitetdə etirazların mərkəzinə çevrilib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi çərşənbə axşamı müxbirlərə deyib ki, Prezident Co Bayden hesab edir ki, tələbələrin akademik binanı zəbt etməsi “tamamilə yanlış yanaşmadır” və “dinc etiraz nümunəsi deyil.”

Nyu Yorkda Kolumbiya Universiteti yaxınlığındakı rayonu təmsil edən Demokrat Konqresmen Camaal Bouman universiteti "təhlükəli eskalasiya"nı dayandırmağa çağırıb.

Bouman, "Təhsil müəssisələri tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək və daha ədalətli və dinc bir dünya yaratmaq üçün müxtəlif icmalarla birlikdə işləməyi öyrənmək üçün məkan olmalıdır" deyib. "Kollec kampuslarının hərbiləşdirilməsi, polisin geniş iştirakı və yüzlərlə tələbənin həbsi təhsilin demokratiyamızın təməl daşı kimi roluna birbaşa ziddir."

Forum

XS
SM
MD
LG