Accessibility links

Polisə yardım edən sniffer itləri [Video]


Polisə yardım edən sniffer itləri
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Növbəni yalnız polislər çəkmir, çox zaman onlara itlər də yardım edir. Bunlar Labrador cinsli itlərin adi, sevilməli balaları deyil. Bunlar Taypey polisinə yardım edəcək yeni sniffer itləridir.

“Hər gün 3-4 nəfər səhərdən axşamadək onlara qulluq edir. Burada 6 it var və onlarla oynamaq, onlarla məşğul olmaq üçün bizə 3 ya da 4 nəfər lazım olur. Çünki körpə vaxtlarından onlar bizə alışmalı, bizə etimad göstərməlidirlər” deyə, polis zabiti Lin Çhi Lun bildirir.

Buradakı küçüklərə qanlı paltar axtarmaq öyrədilir, tapanda isə onlar mükafatlandırılır. 6-8 ay davam edən təlim proqramı başa çatanda bu itlərdən bəzilərinə əlavə narkotik və partlayıcı maddələr axtarışı öyrədilir. Lakin rəqabət çox güclüdür, buradakı itlərdən yalnız bir hissəsi artıq polislə işləyən 30 itə qarışacaq.

Kuito K-9 Birliyindəki bu itlərin 8 yaşları var və artıq onlar pensiya yaşına çatıb. Ekvadorun paytaxtında keçirilən təntənəli mərasimdə narkotik maddələr aşkar etmək, həyatları xilas etmək, kütlənin çox olduğu yerlərə nəzarət etmək kimi işləri yerinə yetirən itlərə medallar təqdim edilir.

Bundan sonra onların təlimçiləri onlarla birlikdə qırmızı xalça üzərindən keçir. Daha sonra isə bu itlər onları qəyyumluğa götürən yeni ailələrə verilir. Lakin bu itlərlə işləyən insanlar üçün bu anlar həm sevincli, həm də acı olur. Polis zabiti Luis Monar: “Başa düşürsünüz, mən özümü pis hiss edirəm, çünki mən artıq onu özümlə apara bilmirəm. O uzun zaman mənimlə idi. O mənim üçün çox əzizdir. Lakin onu yaxşı insanlar götürdüyü üçün sevinirəm. Mən onları uzun zamandır tanıyıram. Qəyyumluq prosesinə onu mən özüm aparırdım. Onu yaxşı insanlar qəyyumluğa götürür.”

Beləliklə, Tiron və onunla birlikdə K-9-dakı 15 veteran layiqli pensiyaya çıxaraq, yeni ailələrə verilir.

XS
SM
MD
LG