Accessibility links

Poliomielit münaqişələr və zorakılıqların səhnə olduğu bölgələrdə daha çox yayılır [Video]


Poliomielit münaqişələr və zorakılıqların səhnə olduğu bölgələrdə daha çox yayılır
please wait

No media source currently available

0:00 0:01:41 0:00

30 il keçdikdən və 15 milyard dollar xərcləndikdən sonra hələ də 3 ölkə poliomielitdən əziyyət çəkməkdə davam edir. Həmin üç ölkə - Pakistan, Əfqanıstan və Nigeriya həm də zorakı qiyamlardan əzab çəkən ölkələrdir. Bu ayın əvvəlində Pakistanda peyvənd üzrə iki mütəxəssis militantlar tərəfindən öldürülüb. Yeni araşdırmada ilk dəfə olaraq təhlükəsizliyin olmamasının insanı iflic edən bu xəstəliyin aradan qaldırılması səylərinə mane olduğunu göstərilir.

Terror, pilotsuz təyyarələr, yaraqlı hücumları … Bütün bunlar səhiyyə rəsmilərinin poliomielitin qarşısını almağa çalışdığı Pakistanda baş verir.

Toronto Universitetindən Amal Vermanın dediyinə görə, poliomielitin münaqişə bölgələrində olması təzə xəbər deyil. “Sual budur ki, bunun poliemielitin qarşısının alınması səylərinə təsiri böyükdürmü? Bizim araşdırmaya görə, bəli, böyükdür.”

Verma və onun həmkarları təxminən 700 bölgədə geniş peyvənd kampaniyası və yeni poliomielit halları haqda aylıq rəqəmlərı araşdırıblar.

Onlar bu rəqəmləri intiharçı və dron hücumlarının, zorakılıqların törədildiyi haqda xəbərləri paylaşan “Pakistan-body-count-dot-org” və digər səhifələrdəki rəqəmlərlə müqayisə edib.

Amal Verma münaqişələrin peyvənd kampaniyalarının təxirə salınmasına səbəb olduğunu deyir. “Lakin biz onu da müşahidə etdik ki, təhlükəsizliyin ən aşağı səviyyədə olan dövrlərdə keçirilən peyvənd kampaniyası nəticəsində xəstəliyin qarşısı təhlükəsizlik riskinin daha az olduğu vaxtla müqayisədə cəmi 5 faizə qədər azalıb.”

Bu isə 250 mindən çox uşağa peyvənd edilmədiyi və 73 faiz uşağın poliomielit xəstəliyinə tutulduğu deməkdir. “Hətta peyvənd xəstəliyin 5 faiz azalması ilə nəticələnsə də virusun yayılması və yoluxma halları davam edir” deyə, Amal Verma bildirir.

Qvettada iki peyvənd mütəxəssisinin öldürüldüyü bir vaxt bu yeni araşdırma onu göstərir ki, poliemielit xəstəliyinin son iki ocağında epidemiyanın qarşısının alınması ən çətin bir vəzifə olacaq.

XS
SM
MD
LG