Accessibility links

Polis Avstraliyanın ABC televiziya kanalına reyd edib


ABC-nin redaksiya direktoru Kreq MakMarti
ABC-nin redaksiya direktoru Kreq MakMarti

Gizli məlumatların dərc edilməsi ittihamlarından sonra polis Avstraliya Yayım Korporasiyasının (ABC) ofislərinə reyd keçirib.

Avstraliya Federal Polisi bildirir ki, onlar milli yayım təşkilatının Sidneydəki qərargahında axtarış orderi aparıb və korporasiyanın hüquqşünaslar komandası ilə görüşüb.

Şəbəkə bildirir ki, axtarış 2017-ci ilə ABC televiziya kanalında Avstraliya xüsusi qoşunlarının Əfqanıstanda yol verdikləri pozuntuları aşkar edən reportajlarla əlaqədardır.

ABC-nin redaksiya direktoru Kreq MakMarti axtarışı “arzu olunmayan və hadisələrin ciddi inkişafı” adlandırıb.

ABC ofislərinə keçirilən reydlər polisin News Corp media şirkətinin redaktorunun evinin reyd edilməsinin növbəti günü keçirilib. Həmin reydin səbəbi News Corp şirkətinin Avstraliya hökumətinin öz vətəndaşlarının ölkədaxili danışıqlarını izləməsi cəhdi haqda reportajla bağlı idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG