Accessibility links

Merrik Qarland: Minneapolis şəhər polis idarəsində istintaq başladılır


ABŞ Baş prokuroru Merrik Qarland keçmiş zabit Derek Çauvinin Corc Floydun qətlində təqsirli bilinməsindən bir gün sonra Minneapolis şəhər polis idarəsində istintaq başladıldığını elan edib.

"Bu gün Ədliyyə Nazirliyinin Minneapolis Polis İdarəsinin konstitusiyaya zidd və ya qanunsuz polislik nümunəsi və ya təcrübəsi ilə məşğul olub-olmadığını müəyyənləşdirmək üçün mülki istintaq başlatdığını elan edirəm" - deyə, Qarland aprelin 21-də Ədliyyə Nazirliyində bildirib.

Baş prokuror Floydun keçən may ayında ölümü ilə əlaqədar yeni istintaqın ABŞ-da və xaricdə polis zorakılığına və irqçiliyə qarşı etiraz dalğasına səbəb olan "federal cinayət araşdırmasından ayrı və müstəqil" olduğunu əlavə edib.

Afro-amerikalı Floyd ağdərili Çauvin həbs zamanı Floydun nəfəs ala bilmədiyi yalvarışına baxmayaraq, təxminən 9 dəqiqə yarım dizini Floydun boynundan çəkməməsinə görə ölmüşdü.

Floyd saxlandığı yerin yaxınlıqda bir dükanda saxta 20 dollarlıq əskinazdan istifadə etməkdə şübhəli bilindiyi üçün saxlanılmışdı.

Çauvin ona qarşı sürülən ittihamları rədd edib və günahsız olduğunu söyləyib. Onu40 il müddətinə azadlıqdan məhrumiyyət gözləyir.

Çauvinin vəkili Erik Nelson məhkəmə müddətində mütəmadi olaraq onun dizinin Floydun boynunda olmadığını iddia edib.

"Millətimizin hüquq-mühafizə orqanlarının əməkdaşlarının çoxu çətin işlərini şərəfli və qanuni şəkildə yerinə yetirir. Yaxşı zabitlərin pis təcrübələrə yol verən sistemlərdə işləmək istəmədiklərinə inanıram" - deyə, baş prokuror Merrik Qarland qeyd edib.

İstintaq şöbənin polis praktikasını nəzərdən keçirməklə yanaşı, ayrı-seçkilik davranışlarının olub-olmadığını və qanun pozuntusu ittihamlarına cavabları araşdıracaq.

Ədliyyə Nazirliyi əvvəllər Floydun ölümündə iştirak edən məmurların onun vətəndaş hüquqlarını pozub-pozmaması ilə bağlı istintaq başlatmışdı.

Qarlandın geniş mülki istintaq qərarı prezident Bayden administrasiyasının polis islahatı və sistemdə irqçiliyə son qoyulması üçün mübarizəni davam etdirəcəyinə söz verdiyi vaxta təsadüf edir.

Bayden və vitse-prezident Kamala Harris Konqresi Çauvinin günahkar olduğuna dair hökmdən sonra polis islahatı qanunvericiliyi və Floyd adlı qanun layihəsini təsdiqləməyə çağırıb.

XS
SM
MD
LG