Accessibility links

Polis itləri üçün kameralar


Polis itləri üçün kameralar
please wait

No media source currently available

0:00 0:01:47 0:00

İtlərdən istifadə edən xüsusi polis dəstələri tez-tez təhlükəli halların ön cərgələrində olur. İndi isə bu dəstələrin özlərini qorumaq üçün xüsusi üsulları var.

Onlar itlərin belinə bərkidilmiş kameralardan istifadə edirlər.

Şon, Qor, Portland polis zabiti: “Mən indi onun təhlükəyə tərəf getdiyini görə bilər və zədə almasından öncə onu geri çağıra bilərəm.”

İndiyədək, itin hürməsi zabitlərə irəlidə olan problem haqqında məlumat verirdi. Kameralar istifadə edilməyə başlayandan sonra, həmin problemin nə olduğunu artıq görmək mümkündür.

Şon, Qor: “Əvvəllər mən sadəcə təxmin edirdim. Onun otaqda olduğu müddətdə nə etdiyini dəqiq bilmirdim. Düşünürdüm ki, bax bu səs nəyinsə onun diqqətini çəkdiyini bildirir. Ya da ki, dəqiq nə üçün hürdüyünü müəyyən etməyə çalışırdım.”

Kameralı itlər həm də polislərə təhlükəsiz məsafə saxlamağa imkan verir. Bununla da hər iki tərəfdə potensial panikanı minimallaşdırmış olurlar.

Şon, Qor: “Biz silahlı insanlarla çox yaxın oluruqsa, bu heç kim üçün yaxşı nəticələnmir. Lakin biz məsafə saxlaya bildiyimiz halda, danışıqlar aparmaq, deaskalasiyanın qarşısını almaq üçün çoxlu imkanlar ortaya çıxır.”

Problem ondadır ki, kameralar bahalıdır. Bəzi hallarda hətta bir ədədin qiyməti 10 min dollara çatır. Lakin Viskonsin ştatının Muskeqo şəhərinin polisi düşünür ki, bu kameraya bu qədər pul ödəməyə dəyər.

Şon Diedriç, Muskeqo polis zabiti: “Şübhəlinin nə etdiyini bilmək, görə bilmək, olduğu ərazi haqqında tam təsəvvürə malik olmaq bu kameranın verdiyini faydalı imkanlardır. Bu bizə əməliyyatın maksimal təhlükəsiz halda həyata keçirilməsinə yardım edir.”

Oreqon ştatının polis departamenti narkotik maddələrlə bağlı hadisələrdə müsadirə etdikləri pulları belə kamera almaq üçün istifadə edir.

XS
SM
MD
LG