Accessibility links

Etirazları işıqlandıran mətbuat işçilərinə təzyiq göstərilib


Nyu-York şəhərinin polis əməkdaşları çərşənbə axşamı ölkə daxilində bir həftədir davam edən iğtişaşlar zamanı media işçilərinə qarşı zorakılıqlara əl atıb. Belə ki, onlar Associated Press agentliyinin etirazları işıqlandıran iki jurnalistini mühasirəyə alaraq, onlara təzyiq göstərib.

Hadisənin bəzi məqamları Minneapolisdə Corc Floydun öldürülməsi ilə əlaqədar Aşağı Manhettendə etirazları sənədləşdirən fotoqraf Maye-E Vonqla işləyən video-jurnalist Robert Bomsted tərəfindən videoya çəkilib.

Video-görüntülərdə polisin saat 8-dən, komendant saatı qüvvəyə mindikdən az sonra etirazçıları Fulton və Broadvey yaxınlığındakı ərazilərdən çıxarmağa çalışan polis zabitlərini çəkən jurnalistlərə təzyiq göstərildiyini görmək olub.

Zabitlərdən biri söyüş söyərək, onlara evlərinə getmələrini əmr edib. Robert Bomsted onlara mətbuatın küçədə olmasına və işləməsinə icazə verildiyini deməsi, lakin polis məmurunun “mən icazə vermirəm“ deyərək, nalayiq sözlərdən istifadə etdiyi videoda eşidilir.

Bomsted və Vonq polis işçilərinin onları bir-birindən ayıraraq, Bomstedin yaxınlıqda saxladığı avtomobilinə tərəf itələdiklərini və Bomsted bir an maşınına sıxışdırıldığını deyib. Polisin Vonqa ərazini tərk etmələrini istədiklərini deməsi videoda eşidirilir. Daha sonra polislər Vonqun maşına yaxınlaşmasına icazə verib və onlar maşına minərək, hadisə yerindən ayrılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG