Accessibility links

Polis 'milli mentalitetə zidd' hallara qarşı mübarizə apardığını bildirir


Bakı şəhəri
Bakı şəhəri

Hüquqşünas hesab edir ki, bu hallar şəxsi həyata müdaxilə problemi yarada bilər

Paytaxt polisi 'ictimai mənəviyyat əleyhinə və milli mentalitetə zidd olan' hallara qarşı mübarizəni gücləndirib.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev yerli mediaya bildirib ki, bu məqsədlə sentyabrın 2-dən başlayaraq Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyi tərəfindən təsdiq olunan tədbirlər planına müvafiq olaraq, polisin səlahiyyətləri çərçivəsində konkret vəzifələr müəyyən olunaraq icraya yönəldilib.

Onun sözlərinə görə, paytaxt sakinlərindən daxil olan müraciətlərin, müşahidə olunan sosial-neqativ halların təhlilləri göstərir ki, Bakıda fəaliyyət göstərən bəzi əyləncə-istirahət yerlərində - gecə klublarında, barlarda, otel və motellərdə - mərkəzi küçələrdə 'ictimai mənəviyyat əleyhinə, əxlaqa zidd hallar' var.

“Əxlaqa zidd olan bütün halların forma və təzahürlərinə qarşı mübarizənin effektivliyini artırmaq üçün milli-mənəvi dəyərlərimizə uyğun olmayan davranışların, ictimai əhəmiyyət kəsb edən digər neqativ halların qarşısının alınması üçün kompleks profilaktik tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Əsasən Səbail rayonu ərazisində yerləşən “Fəvvarələr meydanı” və Nizami küçəsində, Nəsimi rayonu Səməd Vurğun və Nizami küçələrinin kəsişmələrində yüngül əxlaqlı həyat tərzi sürən şəxslərin profilaktikasına dair tərkibi əməliyyat, təhqiqat, ictimai təhlükəsizlik əməkdaşlarından ibarət fasiləsiz fəaliyyət göstərən xüsusi naryad qrupları yaradılıb,” mətbuat xidmətinin rəisi qeyd edib.

Hüquqşünas Asabəli Mustafayev Amerikanın Səsinə müsahibəsində bildirib ki, polisin reydləri şəxsi həyata müdaxilə problemini ortaya çıxara bilər.

Vəkil Asabəli Mustafayevin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:03:50 0:00

"Bilirsiniz, burada şəxsi həyata müdaxilə problemi ortaya çıxa bilər. Çünki gecə barlarında, restoranlarda olan adamlar öz hüquqlarından istifadə edir. Ona görə onlar hər hansı bir ictimai qaydanı pozmurlarsa, əxlaqsız hərəkətlər... Əxlaqsız hərəkətlər deyəndə, bu, qeyri müəyyən məsələdir. Hərənin öz standartları var, əxlaqla bağlı. Çünki əvvəllər keçirilən belə tədbirlərdə şəxsi həyata müdaxilələrlə bağlı qanun pozuntuları baş verirdi," o bildirib.

Onun sözlərinə görə, belə reydlər üçün ilkin olaraq standartlar müəyyən edilməlidir.

"Mən hesab edirəm ki, bunu belə təqdim etmək qeyri-müəyyəndir. Birinci bunun standartlarını hazırlayıb elan etmək lazımdır. O hüquq-mühafizə orqanları nədə görürlər milli əxlaqi, milli mentaliteti? Bu çox ümumi sözdür. Əgər bu geniş yayılarsa, bu, o deməkdir ki, istənilən şəxs təzyiqə məruz qala bilər. Ona görə hesab edirəm ki, hal-hazırda buna yol vermək olmaz."

Mustafayev hesab edir ki, ilk öncə televiziyalrdakı verilişlər nəxərdən keçirilməlidir.

"Əgər milli mentaliteti, əxlaqı qoruyuruqsa televiziyalardakı biabırçılıqları aradan götürmək lazımdır. Ondan sonra keçmək lazımdır sadə insanlara. Hesab edirəm ki, bu hansısa pozuntulara gətirib çıxaracaq," o qeyd edib.

XS
SM
MD
LG