Accessibility links

Polis mitinq təşkilatçılarına xəbərdarlıq edib


Oktyabrın 17-də Milli Şuranın mitinqinin təşkilatçıları Tofiq Yaqublu, İbrahim İbrahimli, Eldəniz Quliyev və Vahid Məhərrəmli Bakı şəhər Baş Polis İdarəsinə çağırılaraq xəbərdarlıq edilib.

“Bakı şəhər Baş Polis İdarəsində bizə bildirdilər ki, razılaşdırılmamış yerdə keçiriləcək aksiyanın qarşısı alınacaq və təşkilatçılar məsuliyyətə cəlb ediləcək. Biz isə dedik ki, sərbəst toplaşmaq hüququ konstitusiyada təsbit olunub. Biz konstitusiyada təsbit olunan hüququmuzu reallaşdıracağıq,” Tofiq Yaqublu Amerikanın Səsinə deyib.

Bakı meriyası Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-da şəhərin mərkəzində mitinq keçirməsinə icazə verməyib. Hakimiyyət mitinqin Lökbatan qəsəbəsində keçirilməsini təklif edib.

Milli Şura bu təklifi qəbul etmir və oktyabrın 19-da mitinqin şəhərin mərkəzində, 28 may metro stansiyasının qarşısında keçiriləcəyini bildirir.

“19 oktyabr mitinqi keçiriləcək! Rejim növbəti dəfə Konstitusiyanı pozdu. Bakı Şəhər İcra Hakimiyyəti 19 oktyabr mitinqini Lökbatanda keçirməyi təklif edib. Əvvəlcədən demişdik, Lökbatan mitinq yeri ola bilməz. Ümumiyyətlə Bakı Şəhər İcra Hakimiyyəti mitinqin yerini və vaxtını dəyişə bilməz. Biz Konstitusiyaya uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətini xəbərdar etmişdik ki, Milli Şura olaraq mitinqimizi 19 oktyabr, saat 15-də 28 may metrosunun qarşısındakı meydanda keçirəcəyik. Həmin vaxtda, həmin yerdə (həmin yerə nə qədər yaxınlaşa bilsək) mitinqimizi keçirib, şüarlarımızı səsləndirəcəyik. Mitinqimiz istisnasız olaraq dinc olacaq. Xalqımız dinc, lakin kütləvi mübarizəyə sədaqətini göstərəcək. Xalqımız konstitusion hüququnun məmurlar tərəfindən əlindən alınması ilə barışmamalıdır!” AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazıb.

Bakı şəhər Baş Polis İdarəsi oktyabrın 15-də bildirib ki, istənilən icazəsiz aksiyanın qarşısı alınacaq.

Oktyabrın 8-də Milli Şura Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında toplaşmaq azadlığının təmin edilməsi tələbi ilə piket keçirib. Piketdə 50 nəfərin iştirakı nəzərdə tutulsa da, yüzlərlə etirazçı meriya binasının ətrafındakı küçələrə toplaşıb.

Meriya bu il yanvarın 19-da Milli Şuranın keçirdiyi mitinqdən sonra kütləvi aksiyalara razılıq verməyib.

Milli Şuranın son müraciətinə cavabda isə meriya sentyabrın 28-də mitinqin Lökbatan qəsəbəsində keçirilməsinə razılıq verilib. Lakin Milli Şura bu təklifdən imtina edərək, aksiyalarını şəhərdəki meydanlardan birində keçirəcəyini bildirib.

Qeyri rəsmi məlumatlara görə, artıq onadək AXCP fəalı inzibati qaydada həbs edilib.

Son məlumatlara görə isə AXCP Rəyasət Heyətinin üzvü, mitinqin təşkilat komitəsinin üzvü İlham Hüseyn oktyabrın 16-da Sabunçu rayon Məhkəməsinin qərarı ilə iki ay müddəsinə inzibati həbsə məhkum edilib. Bu məlumatı İlham Hüseynin yaxınları Amerikanın Səsinə təsdiq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG