Accessibility links

Polis Pakistanda hamilə qadının ölümündə günahı olan dörd nəfəri həbs edib


Pakistan polisi bildirir ki, Lahor şəhində öz razılığı ilə evlənən qadını döyərək öldürən dörd qohum həbs edilib.

Polis bildirir ki, saxlananlar arasında qadının dayısı və iki dayısı uşağı da var.

Baş nazir Navaz Şərif Puncab vilayətinin valisinə məsələ ilə bağlı dərhal ölçü götürməyə əmr verib.

25 yaşlı Fərzanə Pərvinin hakimə nikahın öz istəyi ilə baş verdiyini bildirmək üçün məhkəmə həyətinə daxil olduğu zaman orada kərpiclərlə vurularaq öldürülüb.

Qadının həyat yoldaşı jurnalistlərə bildirib ki, qadının atası və qardaşları daxil olmaqla ailə üzvləri onu vurduqları vaxt o polisə hücumu dayandırmaq üçün yalvarsa da, qanun keşikçiləri buna əhəmiyyət verməyib.

Lahor şəhərinin polis rəhbəri Şəfiq Əhməd isə Reuters xəbər agentliyinə deyib ki, hadisə yerində heç bir polis əməkdaşı olmayıb.
XS
SM
MD
LG