Accessibility links

Əlində oyuncaq silah tutan 12 yaşlı qaradərili oğlanı öldürən polis günahkar tanınmayıb


Müstəqil iki təhqiqat Ohayo ştatının ağdərili polis zabitinin əlində oyuncaq silah tutan 12 yaşlı qaradərili oğlanı öldürməsinə bəraət qazandırıb.

Tamir Rays 2014-cü il noyabr ayında Klivlend şəhərinin istirahət mərkəzində öldürülüb. Əlində silah gəzdirən şəxs barədə polis idarəsinə zəng edildikdən bir qədər sonra hadisə yerinə gələn təcrübəçi zabit Timoti Loemenn bir neçə saniyə ərzində Raysa atəş açaraq onu öldürüb.

Rəsmilər bildirib ki, silah əslində plastik güllə atan oyuncaq silah olub, lakin onun oyuncaq olduğuna işarə edən narıncı rəngli xətlər silinib.

Təhqiqatın nəticələri zabitin Raysın ölümündə təqsirli bilinib-bilinməyəcəyini müəyyən edəcək münsüflər məhkəməsinin dinləmələrindən əvvəl Çuyahuqa Rayon Prokurorluğunun ofisi tərəfindən açıqlanıb.

Məlumatlardan birində deyilir ki, zabitin silahdan istifadə etməsi Raysın konstitusiya hüquqlarını pozmayıb.

Digər məlumatda isə deyilir ki, hər bir polis zabiti Raysın əlindəki silahın həqiqi silah olduğunu ehtimal edə bilər və bu halda polisin səhvən Raysa güllə atması başadüşüləndir.

Raysın ailəsinin vəkili məlumatları tənqid edərək, bunu ağdərililərə daim bəraət qazandırılması halı kimi qiymətləndirib.

Bu iş Amerikada Afrika mənşəli vətəndaşların polis tərəfindən öldürülməsi hallarından biridir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG