Accessibility links

Polis oteli qarət edən dəstənin üzvlərini axtarır


Ritz oteli. Paris. 11 yanvar, 2018
Ritz oteli. Paris. 11 yanvar, 2018

Paris polisi Ritz otelin butikini qarət edərək milyonlar dəyərində zinət əşyaları və digər zərgərlik əşyalarını oğurlayan dəstənin digər üzvlərinin axtarışlarını davam etdirir.

Şüphəlilərdən üçü çərşənbə günü Parisin mərkəzində polis tərəfindən saxlanılıb. Lakin verilən məlumata görə, dəstənin digər iki üzvü qaçmağa nail olub.

“Mən oğrulardan birinin dörd polis tərəfindən həbs edilərək avtomobilə mindirildiyini gördüm. O, özünü binanın rəngsazı olaraq gizlətməyə çalışırdı.” - deyə, otelin içşisi bildirib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Fransa polisinin verdiyi məlumata görə, Ritz oteldən oğurlanan zinət əşyalarının bir çoxu tapılıb.

Fransız mediasının təxmini hesablamalarına görə, oğurlanmış zinət əşyalarının qiyməti 5,4 milyon dəyərindədir.

Polis oğurlanmış əşyaların dəyəri ilə bağlı məlumatı təsdiqləməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG