Accessibility links

Polis rəsmisi: Notr Dam kilsəsində yanğına qısa qapanma səbəb olub


Paris polisinin rəsmisinin cümə axşamı bildirdiyinə görə, müstəntiqlər Notr Dam kilsəsində yanğına qısa qapanmanın səbəb olduğunu düşünür.

Məhkəmə polisinin rəsmisi The Associated Press-ə bildirib ki, müstəntiqlər çərşənbə günü ilkin dəyərləndirmə aparıb, amma onların təhlükəsizlik səbəbilə Notr Damın içərisinə daxil olmalarına icazə verilməyib.

Adının anonim qalmasını istəyən rəsmi deyib ki, kafedralın kövrək divarları taxta dayaqlarla dəstəklənir.

Müstəntiqlər yanğının qəsdən törədilmədiyini deyir və kafedral işçiləri ilə təmir işlərini aparan işçiləri sorğu-sual edir. Paris prokurorluğunun verdiyi məlumata görə, cümə axşamı artıq 40 nəfər dindirilib.

Fövqəladə hallar işçiləri Parisdə Yelisey Sarayının önündə. 18 aprel 2019.
Fövqəladə hallar işçiləri Parisdə Yelisey Sarayının önündə. 18 aprel 2019.

Polis rəsmisi Le Parisian qəzetində yer alan müstəntiqlərin yanğının kompüter nasazlığı və ya bərpa işində istifadə olunan müvəqqəti liftlərdə əlaqəsinin olub-olmadığını araşdırdığına dair heç bir mənbəyə əsaslanmayan xəbəri barədə şərh verməyib. Prokurorluq sadəcə “bütün ipuculara” nəzər salınmalı olduğunu bildirib.

Kafedral illər boyu ictimaiyyətə qapalı olacağı üçün orada ibadət edən katolik icması qotik memarlıq abidəsinin önündəki meydanda müvəqqəti tikilinin inşa ediləsini təklif edib. Şəhər bələdiyyəsi isə cümə günü “texniki məhdudiyyətlər çərçivəsində” bu təklifi qəbul edib.

Prezident Emmanuel Makron Notr Damın beş il ərzində 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarınadək bərpa olunmasını istədiyini deyib. Bərpa işləri üzrə mütəxəssislər bunu sual edib, bəziləri də 850 illik bu membarlıq xəzinəsinin bərpasının bundan üç dəfə daha uzun sürə biləcəyini deyib.

Bundan əvvəl isə cümə axşamı Makron bazar ertəsi Notr Damda doqquz saat davam edən və sürətlə yayılan yanğınla mübarizə aparan və binanın dağılmasının qarşısını alıb, binanın içərisindəki çox sayda mühüm artefaktı qurtaran yanğınsönürənlərə ehtiramını bildirirmək məqsədilə Yelisey Sarayında mərasim keçirib.

Kafedralın qurğuşundan hazırlanan damı və bürcü dağılıb, lakin Notr Damın ikonik zəng qüllələri, vitraj şüşəli pəncərələri, orqan və qiymətli sənəd əsərləri xilas edilib.

Makron yanğınsöndürənlərin cəsarət və sədaqətlərinə görə şərəf medalı alacaqlarını söyləyib.

XS
SM
MD
LG