Accessibility links

Polis son üç gündə narkotiklə bağlı 46 fakt aşkarlayıb


Narkotik
Narkotik

Azərbaycan polisi son üç gündə (yanvarın 23-dən 25-dək) narkotiklə əlaqəli 46 fakt müəyyən edərək 10 kiloqramdan çox narkotik götürüb.

Belə ki, yanvarın 23-də Sabunçu Rayon Polis İdarəsi R.Ağayev adlı şəxsdən 1,203 kiloqram heroin götürüb.

Biləsuvar Rayon Polis Şöbəsi (Bakıdan 182 kilometr cənub, İranla sərhəd) Bakı şəhər sakini P.Hüseynovun idarə etdiyi avtomobildən 8,5 kiloqram tiryək və 650 qram marixuana aşkar edib.

2018-ci ildə aşkar edilən narkotiklərin 49,2 faizini heroin təşkil edib
2018-ci ildə aşkar edilən narkotiklərin 49,2 faizini heroin təşkil edib

Yanvarın 24-də Cəlilabad Rayon Polis Şöbəsi (Bakıdan 210 kilometr cənub, İranla sərhəd) Etibar Verdiyev soyasdlı şəxsdən 3 kiloqram 360 qram heroin aşkar edərək götürüb.

Yanvarın 25-də Bakının Yasamal rayonu ərazisində polis Mehman Əsədov soyasdlı şəxsin evinə baxış zamanı 1 kiloqram 141 qram heroin, “Tramadol” həbləri, elektron tərəzi və şpristlər aşkar edib.

Məlumatları Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb.

Ekspertlərin fikrincə, Azərbaycan ərazisinə narkotik vasitələr əsasən Iran ərazisindən quru və su yolu ilə qaçaqmalçılar, tarnzit yük daşıyan avtomobillər tərəfindən gətirilir. Eyni zamanda, ölkə ərazisində bəzi narkotik daşıyıcısı olanbitkilər təbii şəkildə bitir.

2018-ci ilin 9 ayı ərzində narkotiklərlə bağlı hüquq-mühafizə orqanları tərəfindən 2641 fakt aşkar edilib.
Rəsmi məlumat

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun ümumiləşdirilmiş məlumatına görə, 2018-ci ilin 9 ayı ərzində narkotiklərlə bağlı hüquq-mühafizə orqanları tərəfindən 2641 fakt aşkar edilib, onlardan 834-ü satış məqsədilə əldə etmə, 1527-i satış məqsədi olmadan saxlama, 229-u qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 51-i isə digərləri təşkil edib.

Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 179 kq 111,716 qr müxtəlif növ narkotik vasitələr, o cümlədən 10140 ədəd çətənə kolu müsadirə olunub.

2018-ci ildə aşkar edilən narkotiklərin 14.5 faizini tiryək təşkil edib
2018-ci ildə aşkar edilən narkotiklərin 14.5 faizini tiryək təşkil edib

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 628 kq 066,092 qr marixuana (28,9%), 316 kq 395,602 qr tiryək (14,5%), 1 ton 072 kq 475,986 qr heroin (49,2%), 56 kq 526,795 qr həşiş (2,6%), 96 kq 456,2 qr digərləri (4,4%), 4 kq 345,299 qr psixotrop maddələr (0,2%), 4 kq 845,732 prekursorlar (0,2%), o cümlədən 2 kq 184,1 qr güclü təsir edən maddə, 1 kq 533,2 qr zəhərli maddələr, 0,01 qr Lizerqit (LSD) (0,7x0,7 ölçülü 140 ədəd karton lövhə), 397 flakon mydrax 100% və 18788 ədəd həb təşkil edib.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məlumatına əsasən, 2017-ci ildə mərkəzdə 30.131 nəfər qeydiyyatda olub ki, onlardan 25.139 nəfəri dispanser, 4992 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 595 nəfəri qadın, 212 nəfəri toksikoman, 21038 nəfəri (470 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG