Accessibility links

Polis Tbilisidə etirazçılarla toqquşub, 20 nəfər saxlanılıb


Polis Tbilisidə etirazçılarla toqquşub / 19 fevral
Polis Tbilisidə etirazçılarla toqquşub / 19 fevral

Tbilisidə polis şəhərin mərkəzində, parlament binasının qarşısında çadır qurmağa cəhd edən onlarla müxalifət və insan hüquqları fəalları ilə qarşıdurma yaşayıb.

Daxili İşlər Nazirliyindən 19 fevral tarixində AzadlıqRadiosunun Gürcüstan xidmətinə bildirilib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni əmrini və ya tələbini yerinə yetirməyən 20 nəfər saxlanılıb. Çadırlar isə müsadirə olununub.

Fəallar bir neçə aydır 31 oktyabr 2020 parlament seçkilərinin saxtalaşdırılması və ölkədə davam edən siyasi böhran səbəbi ilə parlament yaxınlığında etirazlarını davam etdirir.

Gürcüstanda seçkilərdən sonra başlayan siyasi böhran 17 fevral tarixində məhkəmənin müxalif Birləşmiş Milli Hərəkat partiyasının sədri Nika Melianın mühakimə olunmadan həbs olunmasına dair qərarını verməsindən sonra daha da dərinləşdirib. Müxalifət bu qərarı siyasi ifritə ovu kimi qınayıb.

Melia 2019-cu ildə hökümət əleyhinə etirazlar zamanı "kütləvi şiddət" təşkil etməkdə günahlandırılır. O isə bu ittihamı siyasi motivli olduğunu bildirərək rədd edir. Hakim Gürcü Arzusu partiyası da öz növbəsində məsələnin siyasi olduğunu inkar edir.

41 yaşlı siyasətçi günahkar olduğu təqdirdə 9 ilə qədər həbsdə qala bilər.

Bu siyasi böhran vəziyyətində ölkənin baş naziri Giorqi Qaxariya 18 fevral tarixində istefaya gedib. Bundan sonra İrakli Qaribaşvili yeni baş nazir təyin edilib.

İndi Qaribaşvilinin namizədliyi müxalifət tərəfindən boykot edilən parlament tərəfindən təsdiqlənməlidir.

Qaxariyanın istefasından sonra Melia erkən seçkilər çağırışı edib, Daxili İşlər Nazirliyi isə onun həbsini müvəqqəti təxirə saldığını bildirmişdi.

Məhkəmə Melianın həbs qərarını onun 40.000 lari məbləğində (12.000 dollar) zəmanət ödəməkdən imtina etməsindən sonra verib. Müxalifət lideri əvvəlcə 2019-cu ildə mülki zəmanət qarşılığında şərti azadlığa buraxılsa da, 2020-ci ilin noyabrında seçki sonrası mitinqlər zamanı elektron izləmə qolbağını açıq şəkildə çıxartdığı üçün mülki zəmanətin məbləği artırılmışdı.

XS
SM
MD
LG