Accessibility links

Paytaxt Vaşinqtonda yeniyetmələr polis zorakılığına qarşı nümayişləri izləyir


Qaradərili yeniyetmə Vaşinqton məktəbinin ağdərili sinif yoldaşları ilə birgə dayanaraq Ağ Evdən Kapitoliya qarşısına yürüş edən polis zorakılığı əleyhinə nümayiş keçirənlərə kədərlə baxırdı.

Mən əzab çəkən bir çox insan görürəm. Mən artıq onların əzab çəkməsini görmək istəmirəm. Mən bunun qarşısını almaq istəyirəm.

Ağdərili polisin qaradərili şəxsi öldürməsinin irqi parçalanmaya səbəb ola bildiyi bir vaxt, qaradərili məktəblinin fərqli irqdən olan iki yoldaşı isə irqi birliyin möhkəmliyinə işarə edir.

“Bir çox insan artıq inanmadıqları sistemin, mənasız bir sistemin dəyişilməsini gözləyir. Mən gələcəkdə bu hərəkata yardım etmək üçün nə edə biləcəyim haqda çox düşünürəm və şadam ki, bu gün buradayam. Mən əzab çəkən bir çox insan görürəm. Mən artıq onların əzab çəkməsini görmək istəmirəm. Mən bunun qarşısını almaq istəyirəm,” deyə 17 yaşlı Mika Qatri bildirib.

“Bir cəmiyyət kimi məqsədimiz irəli getmək, dünyanı yaşayış üçün daha da yaxşılaşdırmaqdır. Biz məgər irəli gedirik? Bu kamera ilə çəkilmiş hadisə idi. Görün nə qədər kameralara düşməmiş polis zorakıları olur. Bu problemdir!” deyə onun yoldaşı Qraham Bredi əlavə edib.

XS
SM
MD
LG