Accessibility links

Polis zəhərli metil, izotropil spirtlini tibbi spirt adı ilə satanları saxlayıb


Gizli sexdə hazırlanan saxta spirt
Gizli sexdə hazırlanan saxta spirt

Ekspert saxta məhsullara görə dövlət orqanının məsuliyyət daşıdığını deyir

Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tibbi spirt adı altında tərkibində sənayedə istifadə olunan zəhərli metil, izopropil və sair spirtlərin qablaşdırılaraq tibbi spirt adı ilə apteklərə satışa şıxaran Bakı şəhər sakinləri Alen Məhərrəmov və Ramil Hüseynovu tutub.

Daxili İşlər Nazirliynin mətbuat xidmətinin məlumatına görə, araşdırma zamanı Alen Məhərrəmov və Ramil Hüseynovun Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən sexdə 95%-lik tibbi antiseptik məhlul hazırlayan avadanlıqlar quraşdıraraq üzərinə “Tibbi spirt 95%” sözləri yazılmış qablarda standartlara uyğun olmayan metil və izopropil spirtini qablaşdırdıqları müəyyən olunub.

Saxta yolla hazırlanan spirt
Saxta yolla hazırlanan spirt

“Saxlanılan şəxslər ifadələrində bu spirtlərin Bakı şəhərində fəaliyyət göstərən müxtəlif apteklərdə satışını təşkil etdiklərini etiraf ediblər,” məlumatda qeyd edilir.

Mətbuat xidməti bildirir ki, polis əməkdaşları tərəfindən sexə baxış zamanı eyni üsulla hazırlanmış 672 ədəd 1 litrlik və 420 ədəd 100 ml-lik qablarda hazır spirt, qablaşdırma üçün nəzərdə tutulmuş 5 ton spirt nümunələri və digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Nazirlik bildirir ki, aparılmış laborator analizlər nəticəsində qablaşdırılmış antiseptik məhlulun sənayedə istifadə olunan, zəhərli metil və izopropil spirti olduğu təsdiq edilib.

Xatırladaq ki, rəsmi məlumatlara görə koronavirus pandemiyası dövründə, mart-aprel aylarında ondan çox insan bu tipli spirti içərək zəhərlənib ölüb.

Bundan öncə isə 2019-cu ilin sonlarında Bakı şəhərində bahalı markalı spritli içki butulkalarında gizli yolla qablaşdırılaraq restoranlarda satışı təşkil edilən metil spirtitərkibli saxta içkilərdən bir neçə insan zəhərlənərək ölüb, daha bir neşə insan isə kor olub.

Polis ötən ilin dekabrında “Chivas Regal 12”, “Chivas Regal 18”, “Chivas Regal 21”, “Jameson”, “Grands”, “Jack Daniels” adlı və s. viski, “Nemirov”, “Russki Standart”, “Belyuga”, “Grey Gouse”, “Minsk”, “Qu Quşu”, “Region”, “Grey Cardinal” adlı və s. araq, “Patron”, “Olmega”, “Siera”, “El Chapo” adlı tekila, “Henessy” və “Remy Martini” konyak və başqa növdən olan 10 min ədəddən artıq spirtli içkinin öz qutularında, səliqəli şəkildə qapaqları ağızlarına taxılı vəziyyətdə boş şüşələri, həmçinin müxtəlif növ spirtli içkilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkarlayıb. Saxta içkiləri gizli sexlərdə istehsal edən bir neçə şəxs həbs edilib.

Bununla yanaşı, ölkədə qida təhlükəsizliyinə görə məsuliyyət daşıyan dövlət qurumlarının məsuliyyətli şəxslərinin bu qədər insanın ölümünə və saxta içkilərin gizli yolla istehsalına, satışına görə məsuliyyəti barədə hər hansı rəsmi açıqlama verilməyib.

Azərbaycan Nazirlər Kabineti ölkə apteklərində keyfiyyət sertifikatı olmayan dərmanların və tibbi vasitələrin satışını qadağan edib.

Bununla yanaşı, rəsmi qurumlar insanlara `zəhər qismində` satılan metil spirtinin restoranlar və apteklər tərəfindən necə qəbul edilərək satılmasına, əhalinin təhlükəsizliyinə məsuliyyət daşıyan dövlət orqanlarının burada məsuliyyətinin nədən ibarət olnası barədə məlumat vermir.

Eyyub Hüseynov
Eyyub Hüseynov

Eyyub Hüseynov: İstehlakçıların hüquqlarını qoruyan dövlət orqanı iflic vəziyyətdədir

İstehlakçıların Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Eyyub Hüseynov Amerikanın Səsinə müsahibəsində bildirib ki, bunların səbəbini qanunların zəifliyində və dövlət nəzarətinin zəif təşkil edilməsində axtarmaq lazımdır.

Eyyub Hüseynov: İstehlakçıların hüquqlarını qoruyan dövlət orqanı iflic vəziyyətdədir
please wait

No media source currently available

0:00 0:04:45 0:00

“Çünki, ölkədə istehlakçıların hüquqlarını qoruyan qanunlar zəifidr. Mövcud qanunvericiliklə istehlakçıların hüquqlarını qoruyan dövlət orqanı iflic vəziyyətdədir, neçə ildir işləmir. Bu sahədə yalnız Daxili İşlər Nazirliynin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi işlər görür. Bu işlərə cavabdeh olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti İsehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətidir ki, onlar da iki ilə yaxındır ki, ümumiyyətlə işləmir. Dövlət orqanı belə zəif olduğu, istehlakçı hüquqlarını qoruyan qanun belə zəif olduğu halda təhlükəli mallar, o cümlədən spirtlər hər yerə ayaq aça bilər.“

Bazarda keyfiyyətsiz məhsulların satılmasına görə cavabdeh təşkilat İqtisadiyyat Nazirliyi yanında Antinhisar Siyasəti İstehklakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidmətidir.
Eyyub Hüseynov, ekspert

Onun fikrincə, ölkədə satılan hətta etil spirtinin belə hansı mənbədən alındığı, ona dezinfeksiya üçün nələr qatıldığı sual altındadır. Bunlar çox asanlıqla apteklərə və dükanlara yol tapa bilirlər.

Ekspertin sözlərinə görə, bazarda keyfiyyətsiz məhsulların satılmasına görə cavabdeh təşkilat İqtisadiyyat Nazirliyi yanında Antinhisar Siyasəti İstehklakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidmətidir.

“Bu qurum il yarım əvvəl ölkə prezidentinin fərmanı ilə ləğv olunub. Onun yerində yeni agentlik yaranmalı idi. Bu günədək həmin agentliyin əsasnaməsini Nazirlər Kabinetitəsdiq etməyib. Ona görə də bazar təhlkükəli məhsullarla, o cümlədən keyfiyyətsiz spirtlərlə zibillənir.”

Ekspert hesab edir ki, saxta və keyfiyyətsiz məhsulların bazara yol tapıb satılması ilə bağlı dövlət orqanı məsuliyyət daşıyır.

“Dövlət biznes qurumları üçün hər cür şərait yaradıb. Amma istehlakçı hüquqlarının qorunması bərbad vəziyyətdədir. Saxta istehsalçılar qanunun zəifliyindən və başqa vasitələrdən istifadə edərək bazara məhsulu elə kiçik partiaylarla yollayrılar ki, buna görə cərimələrlə canlarını qurtarırlar.”

O bazara minlərlə butulka saxta alkoqollu içkilərin və tonlarla spirtin daxil olmasına münasibət bildirərkən deyib ki, bunlar hələ kiçik partiyalardır.

XS
SM
MD
LG