Bazar ertəsi Minneapolis şəhərinin ətraf ərazisi olan Bruklin Mərkəzində polislə 200 etirazçı arasında toqquşma olub. Polis gözyaşardıcı qazdan və səs bombalarından istifadə edib. Etrirazçılar Dante Rayt adlı 20 yaşlı qaradərili kişinin polis tərəfindən güllələnərək öldürülməsinə etiraz edir.
Polisindən verilən açıqlamaya görə, zabitlər saat 14-dən bir az əvvəl bir şəxsi dayandırıb. Sürücünün yoxlanışından sonra onun cərimə borcu olduğu müəyyən edilib. Polis sürücünü həbs etməyə cəhd etdikdə o, maşınına minənərk uzaqlaşıb. Polis maşını atəşə tutub.
Polis Raytın kimiliyi və irqi haqqında məlumatı paylaşmağa tələsməyib. Lakin atışmadan qısa müddət sonra hadisə yerinə gələn Raytın ailə üzvləri və bəzi etirazçılar əllərində "Qaraların Həyatı Mühümdür" şüarı yazılmış plakatlar qaldırıb.
Aprelin 12-də erkən saatlarda mətbuat konfransın zamanı Minnesota Xalq Təhlükəsizliyi Departamentinin Komissarı Con Harrinqton izdihamın Bruklin Mərkəzdəki polis idarəsinə doğru irəlilədiyini bildirib.
O deyib ki, KİV-lərin və zabitlərin verdiyi məlumata əsasən etirazçılar binaya daş və digər əşyalar tullayır, eləcə də atışma səsləri eşidilir.
Minnesota qubernatoru Tim Valz Twitter profilində vəziyyəti yaxından izlədiyini və həyat yoldaşı ilə Dante Rayta iləsi üçün dua etdiyini yazıb: "Ştatımız daha bir qaradərili kişinin həyatının hüquq-mühafizə orqanları tərəfindən alındığı üçün yas saxlayır".
Jurnalistlərə verdiyi müsahibədə ölən şəxsin anası Katye Rayt oğlunun yolda dayandığı zaman ona zəng etdiyini və polislə mübahisə etdiyini eşitdiyini bildirib. Xanım Rayt etirazların deyil, yalnız oğlunun evə dönməsini istədiyini bildirib.
Atışma Minneapolisdə keçmiş polis məmuru Derek Çauvinin mühakimə olunduğu və gərginliyin yüksək olduğu bir vaxtda baş verib.
Çauvin keçən il polis nəzarətində olan Corc Floydun ölümündə ittiham olunur.