Accessibility links

Virciniyada unikal idman yarışı: polislər və yanğınsöndürənlər [Video]


Virciniyada unikal idman yarışı: polislər və yanğınsöndürənlər
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Yarışın məqsədi böyük və müxtəlif dünya icmasını bir araya gətirməkdir.

Bütün dünyadan on mindən çox yanğınsöndürən, polis və ictimai xidmət agentliklərinin digər fəal üzvləri səmimi, lakin bir o qədər də ciddi Dünya Polisi və Yanğın Oyunları adlı yarışda iştirak etmək üçün Şimali Vircinayada toplaşıblar. Məqsəd böyük və müxtəlif dünya icmasını bir araya gətirməkdir.

Westfield High School məktəbinin idman zalı istidir ... lakin bu, şəhər qəhrəmanlarının 2015-ci il Dünya Polisi və Yanğın Oyunlarına tam konsentrasiya olmalarıa mane olmur.

“Mən yarışmağı çox sevirəm. Buradakılardan daha yaxşı oğlanlarla yarışmaq isə mümkün deyil.”

39 yaşı olan norveçli yanğınsöndürən Cey Beyker burada ən yaşlı idmançıdır, amma özündən cavanlardan daha güclüdür.

Yarış atletlərə dünyanın müxtəlif yerlərində insanlara münasibət qurmağa və işləri barədə danışmağa imkan yaradır

“Mən özümdən yaşca balaca insanları məğlub edəndə özümü yaxşı hiss edirəm.”

Beyker Feirfaksa yarışmaq üçün 60 ölkədən gələn on min idmançıdan biridir. Sabiq yanğınsöndürən Alan Riçards isə yarışın direktorlarından biridir.

“Əsasən də yanğınsöndürmə və polis xidmətlərindəki oğlanların çoxu rəqabətçidir. Onlar yarışmağı və bir-birlərinə qarşı özlərini sınamağı sevirlər. Bunun başqa bir aspekti icma üçündür. Yarış atletlərə dünyanın müxtəlif yerlərində insanlara münasibət qurmağa və işləri barədə danışmağa imkan yaradır. Ən əsası onlar bir-birlərindən yeni şeylər öyrənirlər.”

Atletlər kimi 61 oyun növü də müxtəlifdir. Onların sırasına Amerikanın sevimli idmanı beysboldan tutmuş zabitlərin müəyyən bacarıqlarını tələb edən oyunlar daxildir. Məsələn Polis Kreyser yarışı ... və ip dırmaşmaq.

Vaşinqton ərazisindən bir çox könüllü oyunların uğurlu keçməsi üçün saatlarla vaxt sərf edirlər.

Feirfaks qraflğının yanğınsöndürəni Teresa Ruffo bu oyunların yerli icmaya inkişaf etməyə imkan yaradacığını deyir.

“Bu həqiqətən də Olimpiya oyunları kimidir. Bu il burada keçdiyi üçün, bizim bura gəlib hər kəsi dəstəkləmək və bütün dünyadan komandaları görmək imkanımız var.”

Oyundan həm də polis və yanğınsöndürənlər faydalanır.

“Adətən polis səni saxlayır və cərimə edir. Deməli nə isə pis baş verib. Yanğınsöndürən görəndə də nə isə pis baş verir. Ona görə də onları belə səmimi görmək və onların səninlə söhbət etmək istəməsi xoşdur.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG