Accessibility links

Siyasi fəal Fərhad Aftabi Təbrizdə həbs edilib


Fərhad Aftabi
Fərhad Aftabi

Hüquq müdafiəçiləri Təbrizdə siyasi fəal Fərhad Aftabinin təqribən 2 həftə əvvəl nəzarət altına alındığına dair məlumat yayıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi Aftabinin noyabr ayının 5-də Təbrizdəki evində saxlanıldığını yazıb.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Aftabi keçmiş illərdə də nəzarət altına alınıb və mühakimə olunub.

O, həmçinin 2020-ci ilin noyabrında Təbrizdə təşkil olunan Azərbaycan Respublikasına dəstək mitinqləri ilə əlaqədar məhkəməyə çağırılıb.

Amerikanın Səsi 2020-ci ilin noyabr ayında Təbrizin Ümumi və İnqilab Prokurorluğunun Aftabi və 28 digər fəala göndərdiyi məhkəməyə çağırış vərəqəsinin surətini əldə edib, ancaq həmin mühakimə prosesinin nəticəsi ilə bağlı məlumat yoxdur.

Hüquq müdafiəçiləri həmçinin siyasi fəal Fərhad Pakruhun məhkəməyə çağırıldığını bildiriblər. Fəalın hansı səbəblə çağırıldığına dair məlumat verilməyib. Fərhad Pakruh da keçmişdə həbs və mühakimə edilib.

Fərhad Pakruh
Fərhad Pakruh

Sentyabrın 16-da Tehranda bir gənc qadının əxlaq polisinin nəzarətində ikən ölümündən sonra İran Azərbaycanı daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində baş qaldıran kütləvi aksiyalarda onlarla etirazçı öldürülüb, minlərlə insan saxlanılıb.

Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyasının başqan vəkili Sina Yusufi oktyabr ayının 12-də yaydığı açıqlamada Təbrizdə kütləvi aksiyalar ilə əlaqədar təqribən 1700 nəfərin həbs edildiyini bildirmişdi. Vəkil bu məlumatı açıqladıqdan bir neçə gün sonra özü də İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və bir müddət sonra mülki zəmanətlə sərbəst buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG