Accessibility links

Almaniyada azərbaycanlı siyasi mühacirlər readmissiya olunan fəalların həbsinə etiraz edib


protest the arrest of readmitted activists
protest the arrest of readmitted activists

Almaniyada yaşayan azərbaycanlı siyasi mühacirlər Almaniya Xarici İşlər Nazirliyi, Amnesty International və Human Rights Watch-un ofisləri qarşısında aprelin 21-dən başlayaraq etiraz aksiyaları keçirib. Onlar Almaniyadan deportasiya olunmuş və Bakıda həbs edilmiş fəalların azad olunmasını tələb edib.

"Demokratik Azərbaycanı seç!” (DAS) Təşkilatının üzvü Sirus İbrahimli bildirib ki, aksiya keçirməkdə məqsəd 2021-ci ilin iyun-noyabr aylarında Almaniyadan çıxarılmış fəallar: Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyev və Pünhan Kərimliyə qarşı repressiya faktlarına diqqəti cəlb etməkdir. Onlar Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib və işgəncələrə məruz qalıblar.

Digər fəal, martın 29-da deportasiya olunmuş Samir Aşurov 20 gündən sonra qəsdən sağlamlığa ağır ziyan vurmaq ittihamı ilə həbs edilib.

İbrahimlinin sözlərinə görə, Almaniyada beş nəfərin hamısı Azərbaycanda insan hüquqlarının pozulmasına qarşı etiraz mitinqlərində iştirak edib. Bu, güman etməyə əsas verir ki, onlar siyasi motivlərlə təqib edilirlər.

Mitinqin digər təşkilatçısı Hacı Kalpalizadə bildirib ki, Azərbaycana deportasiya edilənlərin həbsi beynəlxalq hüququn pozulması ilə həyata keçirilib. Odur ki, aksiya iştirakçıları Almaniya Xarici İşlər Nazirliyinə, demokratik dövlətlərin səfirliklərinə və beynəlxalq təşkilatlara müraciət edərək adıçəkilən fəalları siyasi məhbus kimi tanımağa və Bakıdan readmissiya haqqında sazişin prinsiplərinə riayət etməyi tələb etməyə çağırırlar.

Etirazçıların tələbləri Almaniya Xarici İşlər Nazirliyinə, Amnesty İnternational və Human Rights Watch təşkilatının Almaniyadakı ofislərinə göndərilib.

“Almaniya hakimiyyəti bu fəalların azad edilməsi üçün müvafiq tədbirlər görməlidir,” müraciətdə deyilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG