Accessibility links

Anna Politkovskayanın qətlində ittiham edilənlər kimdir?


Artıq 6 ildən çoxdur ki, “Novaya Qazeta”nın müxbiri Anna Politkovskaya həyatda deyil.

Rusiyada öldürülən jurnalist Anna Politkovskayanın uşaqları onin qətli ilə bağlı məhkəmə prosesində iştirak etməyəcəklərini bildirib. Jurnalistin qətlində 5 nəfər günahlandırılır. Onlar arasında ikinci dəfə qətl ittihamı ilə həbs edilənlər var.

Politkovskayanın oğlu və qızı İlya ilə Vera hakimə müraciət edib, məhkəmənin təxirə salınmasını istəyib. Onlar fars adlandırdıqları məhkəməyə ehtiyac olmadığını deyir. Lakin hakim onlara rədd cavabı verib.

Məhkəmənin indi keçirilməsi təsadüfi deyil, məhkəmə nə qanun, nə ədalət nə də vicdan baxımından düzgündür
Jurnalistin qətlində ittiham edilənlər çeçen Rüstəm Mahmudov, onun iki qardaşı, dayısı və bir sabiq polis işçisidir.

2009-cu ildə Moskva məhkəməsi hadisə ilə əlaqədar 3 nəfərə bəraət qazandırmışdı. Lakin Ali Məhkəmə hökmü ləğv etmiş, prosesə yenidən start vermişdi.

“Novaya Gazeta”nın sözçüsü Nadejda Pruşenkova hesab edir ki, məhkəmənin indi keçirilməsi təsadüfi deyil, məhkəmə nə qanun, nə ədalət nə də vicdan baxımından düzgündür. “Onlar Politkovskayanın ölümünün növbəti ildönümünədək prosesi bitirmək istəyir.”

54 yaşlı Politkovskaya 2006-cı ilin oktyabr ayının 7-də başı, sinəsi və çiynindən aldığı güllə yaraları səbəbi ilə dünyasını dəyişib. O vaxt jurnalist Rusiyada korrupsiya halları və Çeçeçnistanda insan hüquqları pozuntuları ilə bağlı tədqiqiat aparırdı.

Vera və İlya
Vera və İlya
Politkovskaya prezident Vladimir Putinin kəskin tənqidçilərindən idi.

Rusiyanın insan hüquqları müdafiəçiləri jurnalistin qətlində ittiham edilənlərin günahkar olduqlarını sual altına alır. Onların fikrincə, əsil qatil hec vaxt məsuliyyətə cəlb edilməyəcək.

Kreml isə Anna Politkovskayanın qatillərinin ədalət məhkəməsi qarşısına çıxarılması üçün hər bir ölçüyə əl atıldığını iddia edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG