Accessibility links

Polşa qaçqın kvotasını azalda bilər


Polşada yeni hökuməti bu gün bəyan edib ki, Parisdəki terror hücumları qaçqınların sayı ilə bağlı Avropa Birliyi ilə əldə edilmiş razılaşmaya yenidən baxılmasını tələb edir.

Yeni baş nazir Beata Szydlo jurnalistlərə açıqlamasında Paris hadisələrindən sonra vəziyyətin dəyişdiyini bildirib.

Nazir bildirib ki, buna görə Polşa bu planı qəbul etməyə hazır deyil.

Daxili işlər naziri Mariusz Błaszczak isə müsahibəsində əvvəlki hökumətin 7 min qaçqın qəbul etmək qərarını səhv adlandırıb və qeyd edib ki, Polşa yaxın vaxtlarda sərhədlərini möhkəmləndirəcək.

Son bir neçə ayda Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropaya 800 mindən çox qaçqın keçib.

Əksəriyyəti Suriya, İraq və Əfqanıstandan olan qaçqınlar Balkan ölkələri vasitəsi ilə daha varlı Qərbi Avropa ölkələrinə keçmək istəyir.

XS
SM
MD
LG