Accessibility links

Polşa ABŞ şirkətindən raket əleyhinə müdafiə sistemi almağı planlaşdırır


Cümə günü Polşanın müdafiə naziri səkkiz ədəd Patriot raket əleyhinə müdafiə sistemi almaq üçün ABŞ-ın Raytheon şirkəti ilə multimilyard dollarlıq saziş imzalamağı planlaşdırdığını deyib.

Varşavada Antoni Makierevik müxbirlərə 7,6 milyard dollarlıq müqavilənin “Şərqdən artan təhlükə fonunda” çox vacib olduğunu deyib. Üç il öncə Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra Polşa ordusunu müasirləşdirməyə başlayıb.

Bu yeni müdafiə sistemləri Polşa dövlətinin təhlükəsizliyini təmin etməyə yardım edəcək.
Antoni Makierevik

“Bu yeni müdafiə sistemləri Polşa dövlətinin təhlükəsizliyini təmin etməyə yardım edəcək”, Makierevik deyib.

Müdafiə nazirinin müavini Bartosz Kovnaki isə deyib ki, raket sistemi ölkəni Rusiyanın Polşanın şimal-şərq sərhədin ilə Litva arasına yerləşən Kalininqrad ankalvında yerləşdirdiyi raketlərə qarşı müdafiə edəcək.

Raytheon şirkəti də razılıqla bağlı məmnuniyyətini bildirib. ABŞ hərbi texnikasının satışı ilə bağlı hər hansı bir müqavilə Konqres tərəfindən təsdiq olunmalıdır.

Makierevik deyib ki, Polşa höküməti və Raytheon “Polşanın təhlükəsizliyini təmin edəcək orta-mənzilli raket sistemlərinin əldə olunması ilə bağlı danışıqların çox mühüm mərhələsini başa vurublar.” O, bəzi məsələlərin hələ ki, həll olunmadığını, lakin bütün şərtlərlə bağlı razılıq əldə olunsa, müqavilənin 2017-ci ilin sonunadək imzalana biləcəyini bildirib.

Müdafiə naziri danışqıların bəzən çətin keçdiyini və Ratheonun raket sistemi üçün tələb etdiyi ilkin 12,7 milyard dolların “qəbuledilməz” olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG