Accessibility links

Polşa silahların öz ərazisində yerləşdirilməsi ilə bağlı ABŞ-la danışıqlar aparır


Polşa hökuməti Birləşmiş Ştatlarla öz ərazisində Amerika silahlarının daimi yerləşdirilməsilə bağlı müzakirələr apardığını bildirib. Silahların yerləşdirilməsi Birləşmiş Ştatların Şərqi Avropa və Baltikyanı ölkələrin Rusiyanın mümkün təcavüzündən müdafiə edilməsi məqsədilə planının bir hissəsinə daxildir.

Polşanın Müdafiə nazirliyi bildirib ki, planda ABŞ-ın döyüş tankları və başqa hərbi texnikasının yerləşdirilməsi nəzərdə tutulur. Müdafiə naziri Tomaş Simonyakın bildirdiyinə görə, o, planı keçən ay Vaşinqtona səfəri zamanı ABŞ-ın hərbi rəsmiləri ilə müzakirə edib və onu planın yaxın zamanda gerçəkləşdiriləcəyinə əmin ediblər.
"Bu, ABŞ-ın Polşada və regionda mövcudluğunun artırılması iistiqamətində daha bir addımdır"-deyə Polşa Müdafiə nazirliyi bildirib.

Plan ABŞ-ın Müdafiə naziri Eşton Karter və ABŞ prezidenti Barak Obama tərəfidən təsdiq edilsə, Birləşmiş Ştatlar Bolqarıstan, Estoniiya, Latviya, Litva, Rumııniya, Polşa və mümkündür Macarıstanda döyüş maşınları və 5 min nəfərdən ibarət əsgəri yerləşdirə bilər.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG