Accessibility links

Stepan Poltorak : Ukrayna qüvvələri separatistlərin yeni hücumlarına hazırlaşır


Ukraynanın müdafiə naziri qüvvələrin rusiyapərəst separatistlərin yeni hücumlarına hazırlaşğını bəyan edib.

Stepan Poltorak deyib ki, üsyançılara hərbi dəstək verilir.

Sentyabr ayının 5-də əldə edilən atəşkəsə baxmayaraq, Ukraynanın şərq regionunda zorakılıqlar səngimək bilmir.

NATO son iki gün ərzində tank, artilleriya və qüvvələrdən ibarət hərbi yardımın Ukraynaya keçdiyini xəbər verib.

NATO komandiri, ABŞ hava qüvvələrinin generalı Filip Bridlov 250-300 rus əsgərinin Ukrayna ərazilərində olduğunu bildirib. O, 8 Rusiya batalyonunun sərhəd bölgədə saxlandığını və Rusiyanın nüvə silahlarından istifadə qabiliyyətinə malik olan qüvvələri Krıma yerləşdirdiyini deyib.

Moskva Ukrayna münaqişəsinə müdaxilə etdiyini inkar edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG