Accessibility links

Rusiya Azərbaycanı və başqa ölkələri saxta bioloji silah iddiaları ilə hədəfə alır


Rusiya Azərbaycanı və başqa ölkələri saxta bioloji silah iddiaları ilə hədəfə alır
please wait

No media source currently available

0:00 0:01:58 0:00

Rusiya Azərbaycanı və başqa ölkələri saxta bioloji silah iddiaları ilə hədəfə alır

Mayın 7-də Azərbaycan Rusiyanın Azərbaycan ərazisində ABŞ-ın dəstəyi ilə bioloji silahlarla bağlı tədqiqat aparıldığına dair iddialarını təkzib edib.

Bu təkzib, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə cavab olaraq verilib.

Patruşev “Sovet İttifaqının süqutundan sonra Birləşmiş Ştatlar və onun peykləri keçmiş Sovet respublikalarında biolaboratoriyalar şəbəkəsi yerləşdiriblər...”

"...Gürcüstanda, Ukraynada, Azərbaycanda, Özbəkistanda, Qazaxıstanda və Ermənistanda elmi araşdırma adı altında hərbi-bioloji fəaliyyətlər həyata keçirirlər” yazıb. Bu yanlışdır.

Moskva fevralın 24-də Ukraynaya hərbi müdaxiləsini müdafiə etmək üçün bənzər iddialar irəli sürmüşdü, ancaq Kreml çaşqınlıq yaratmaq üçün bioloji silahlarla legitim bioloji tədqiqatları bir-birinə qatır.

Rusiya həmçinin Ukraynada ABŞ-ın dəstəklədiyi laboratoriyaların ayrı-ayrı etnik qrupları hədəf almaq üçün bioloji silahlar hazırladığına dair əsassız iddialar irəli sürüb.

Əslində isə 10 rusiyalı bioloq Moskvanı bioloji silah tədqiqatına dair iddia edilən sənədlədirilmiş sübutları təhrif etdiyinə görə açıq şəkildə danlayıb.

Sənədlərdə sadəcə olaraq ictimai sağlamlıq tədqiqatları üçün istifadə edilən adi patogenlər təsvir olunub.

ABŞ Sovet İttifaqının süqutundan sonra Bioloji Təhlükənin Azaldılması Proqramını yaradıb.

Məqsəd keçmiş sovet ölkələrində bioloji silahların hazırlandığı təsisləri təmizləmək, gələcək təhlükələrin qarşısını almaq və ictimai sağlamlığı dəstəkləmək olub.

Keçmiş Sovet respublikası olan Azərbaycan Rusiyanın Ukraynada apardığı müharibədə neytral mövqe sərgiləyib.

Azərbaycan həmçinin ukraynalılara humanitar yardımın çatdırılmasında da əməkdaşlıq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG