Ağ Evin bildirdiyinə görə, ABŞ dövlət katibi Mayk Pompeo bu həftə Nyu Yorkda Şimali Koreyanın yüksək səviyyəli rəsmisi ilə prezident Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında sammiti müzakirə etmək üçün görüş keçirəcək.
“Şimali Koreyanın vitse-prezidenti Kim Yonq Çol Nyu Yorka səfərə yola düşüb”, Tramp Twitter səhifəsindəki mesajında yazıb.
Bundan bir neçə saat əvvəl Şimali Koreyanın hakim partiyasının sədr müavini və hərbi kəşfiyyat idarəsinin keçmiş rəhbəri olan Kim Yonq Çolun Pekində hava limanında Birləşmiş Ştatlara yolda düşdüyünü göstərən video görüntülər nümayiş etdirilib.
Tramp keçən həfə Kim Conq Una iyunun 12-də planlaşdırılmış sammitin baş tutmayacağı ilə bağlı məktub göndərərək, Şimali Koreya liderinin bəyantında “böyük hiddət və açıq düşmənçilik” nümayiş etdirdiyini bildirib. Lakin buna baxmayraq, iki ölkə arasında danışıqlar davam etdirilib. Bazar günü Koreya yarımdasının silahsızlaşdırılması ilə bağlı aparılan danışıqlar da buraya daxildir.
Ağ Evin sözçüsü Sarah Hakabi Sanders deyib ki, Birləşmiş Ştatlar Tramp-Kim sammitinə fəal hazırlıqlar apardığı vaxt Tramp iyunun 7-də Ağ Evdə Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşəcək.
Bazar günü Ağ Ev aparatının rəhbərinin müavini və Tramp administrasiyasının digər rəsmiləri sammitin keçirilməsi nəzərdə tutulan Sinqapura səfər edib.
Keçən həftənin şənbə günü Cənubi Koreya prezidenti Mun Cae-in Şimali Koreya lideri Kim Conq Un ilə görüşüb.
Cənubi Koreya prezidentinin ofisindən verilən məlumata görə, hər iki ölkənin lideri Şimali Koreyanın ABŞ prezidenti Donald Tramp ilə mümkün sammitinə hazırlığın necə aparılması ilə bağlı fikir mübadiləsi aparıb.
Cənubi Koreya prezidenti Mun Cae-in görüşdən sonra Şimali Koreya liderinin nüvəsizləşdirmə məsələsinə sadiq qaldığını bildirib. O, ABŞ və Şimali Koreya arasında uğurlu zirvə görüşünün baş tuta bilməsi ilə bağlı nikbinliyi ifadə edib.
Birləşmiş Ştatlar Pxenyanın tam və yoxlanıla biləcək şəkildə tərksilah olmağa çağırır. Şimali Koreya birtərəfli qaydada tərksilah olmağı rədd edərək, Koreya yarımadasının bunun nəticələrinin müəyyən edilmədən silahsızşlaşdırılmasına çağırıb.