Accessibility links

Pompeo Şimali Koreya danışıqlarına ümidlə baxır, lakin sanksiyaların saxlanılacağını deyir


ABŞ dövlət katibi Mayk Pompeo Şimali Koreyaya qarşı sanksiyaların “Kim Con Unla razılaşdırıldığı kimi yekun və tamamilə təsdiqlənmiş nüvəsizləşdirilməyə qədər” yerində qalacağını deyib.

Pompeo bu açıqlamanı bazar günü Tokioda Cənubi Koreya və Yaponiyanın xarici işlər nazirləri ilə birgə mətbuat konfransında verib. “Biz bu danışıqlarda irəliləyişə ümidlə baxsaq da, təkcə irəliləyiş hazırkı sanksiyalar rejiminin yüngülləşdirilməsini doğrulda bilməz”, deyə o bildirib.

ABŞ dövlət katibi Mayk Pompeo, Yaponiyanın xarici işlər naziri Taro Kono və Cənubi Koreyanın xarici işlər naziri Kang Kyung-vha Tokioda görüş zamanı, 8 iyul, 2018.
ABŞ dövlət katibi Mayk Pompeo, Yaponiyanın xarici işlər naziri Taro Kono və Cənubi Koreyanın xarici işlər naziri Kang Kyung-vha Tokioda görüş zamanı, 8 iyul, 2018.

Dövlət katibi “tamamilə nüvəsizləşdirilmə ilə bağlı” verifikasiya prosesinin olacağını deyib və əlavə edib ki, bu, prezident Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında razılaşdırılmış bir məsələdir.

Biz bu danışıqlarda irəliləyişə ümidlə baxsaq da, təkcə irəliləyiş hazırkı sanksiyalar rejiminin yüngülləşdirilməsini doğrulda bilməz.

ABŞ-ın baş diplomatı Şimali Koreyanın açıqladığı bəyanatda Vaşinqtonun sürətli nüvəsizləşdirilmə prosesində “qanqstersayağı” təkid göstərdiyini bildirməsinə baxmayaraq, Pxenyan rəsmiləri ilə müzakirələri məhsuldar kimi təsvir edib.

“Əgər bu istəklər qanqstersayağıdırsa, deməli dünya qanqsterdir, çünki BMT-nin Təhlükəsizlik Şurasında nail olunması lazım olan məsələlərlə bağlı yekdil qərar qəbul edilib”, deyə Pompeo bildirib.

ABŞ dövlət katibi Mayk Pompeo Şimali Koreyada danışıqların ikinci günündə iqtidar partiyasının yüksək səviyyəli rəsmisi Kim Yong Çolla görüşür, 7 iyul, 2018.
ABŞ dövlət katibi Mayk Pompeo Şimali Koreyada danışıqların ikinci günündə iqtidar partiyasının yüksək səviyyəli rəsmisi Kim Yong Çolla görüşür, 7 iyul, 2018.

Şimali Koreyanın Xarici İşlər Nazirliyi şənbə günü ABŞ dövlət katibi Mayk Pompeo ilə müzakirələrin “təəssüf doğuran” bir şəkildə keçdiyini bildirib. Nazirlik həmçinin Vaşinqtonu Pxenyanı birtərəfli qaydada nüvə silahları proqramına xitam verməyə məcbur etməyə çalışdığını deyib.

Dövlət katibi Pompeo deyib ki, o, Şimali Koreya ilə müzakirələrdə “irəliyə doğru yol olacağına” ümidlə baxır. O, növbəti danışıqların iyul ayının 12-nə təyin edildiyini bildirib.

XS
SM
MD
LG