Accessibility links

Pompeo Əfqanıstanda hakimiyyətin bölüşdürülməsinə dair razılığı alqışlayıb


U.S. Secretary of State Mike Pompeo speaks about the coronavirus disease (COVID-19) during a media briefing at the State Department in Washington, U.S., May 6, 2020.
U.S. Secretary of State Mike Pompeo speaks about the coronavirus disease (COVID-19) during a media briefing at the State Department in Washington, U.S., May 6, 2020.

ABŞ dövlət katibi Mayk Pompeo Əfqanıstanda aylardır siyasi durğunluğa son qoymuş hakimiyyətin bölüşdürülməsinə dair razılığı alqışlayıb, lakin o, prezident Əşrəf Qani və onun qəribi Abdulla Abdullaya bunun uzun çəkməsinə görə təəssüfünü bildirib. Bu barədə Dövlət Departamentinin sözçüsü Morqan Ortaqusun açıqladığı bəyanatda bildirilir.

“Dövlət katibi Pompeo siyasi durğunluq dövründə vaxt itirildiyinə görə təəssüf hissi keçirdiyini bildirib”, Morqan Ortaqusun bəyanatında deyilir.

“Pompeo münaqyişəyə son qoyulması üçün siyasi razılaşmanın Birləşmiş Ştatlar üçün prioritet olduğunu bir daha təkrar edib və iki liderin Əfqanıstandaxili danışıqların tez zamanda başlanıılmasına dəstək məqsədilə dərhal fəaliyyət göstərilməsinə sadiq qalmasını alqışlayıb”, bəyanatda bildirilir.

Pompeo bazar günü Əfqanıstan liderləri ilə telefon söhbəti aparıb.

Bundan öncə Əfqanıstan prezidenti Əşrəf Qani və onun seçkilərin saxtalaşdırıldığını iddia edən rəqibi Abdulla Abdulla bazar günü hakimiyyətin bölüşdürülməsinə dair razılıq imzalayıb.

Razılaşmanın əldə edilməsi ilə ölkədə siyasi böhrana son qoyulur və Talibanla ölkədə idarəetmə strukturunun gələcəyi ilə bağlı danışıqlara yol açılır.

XS
SM
MD
LG