Birləşmiş Ştatların dövlət Katibi Mayk Pompeo Omanın yeni lideri Sultan Heytəm bin Tariq əl-Səidlə görüşmək üçün cümə günü Omana gedib.
Pompeo həmçinin yanvar ayında vəfat edən Sultan Qabus bin Səidin qohumları ilə görüşərək onlara ehtiramını bildirəcək.
Omanın Səudiyyə Ərəbistanı və İranla yaxən əlaqələri var. Pompeo üç günlük səfəri zamanı Səudiyyə Ərəbistanını da ziyarət edib.
Pompeo və Səudiyyə kralı Salman cümə axşamı Ər-Riyadda İranın regionda yaratdığı təhlükələrə müzakirə edib. Pompeo Səudiyyə vəliəhdi, şahzadə Məhəmməd bin Salmanla da görüşüb.
Keçən ay ABŞ-ın İran generalını öldürülməsindən sonra regionda gərginlik kəskin şəkildə artıb.
Birləşmiş Ştatların yaxın müttəfiqi olan Səudiyyə Ərəbistanı ABŞ-ın İrana qarşı səylərini dəstəkləyir, lakin keçən il krallığın neft obyektlərinə ziyan vuran çoxsaylı hücumlardan sonra hərbi əməliyyatlara qarşı çıxıb. Səudiyyə Ərəbistanı İranı həmin hücumları həyata keçirməkdə günahlandırıb. Tehran isə bunu inkar edib.
ABŞ-ın İraqda hava zərbəsi endirərək İran generalı Qasım Süleymanini öldürülməsindən və İranın cavab olaraq Amerikanın hərbi bazalarına raket hücumu edərək 100-dən çox əsgərini yaralanmasından sonra ABŞ və İranın geri çəkilməsi nəticəsində regionda müharibə riski azaldıb.
Pompeo Oman və Səudiyyə Ərəbistanına səfərindən əvvəl Afrikada üç gün qalıb və orada Seneqal, Anqola və Efiopiya liderlərini ziyarət edib.