Accessibility links

ABŞ Belarusa neft göndərməyə başlayır


Dövlət katibi Mayk Pompeo ABŞ-ın xam neftinin ilk tədarükünün bu həftə Belarusa yola düşəcəyini bildirib.

Bu, Belarus və Rusiya arasında neftin qiyməti və tədarükü ilə bağlı danışıqların mübahisəli vəziyyətə gəlməsindən sonra ABŞ və Belarus arasındakı münasibətlərin istiləşməsi və ticarət əlaqələrinin genişləndirilməsindəki ən son addımdır.

Mayın 15-də Pompeo bildirib ki, saziş Belarusun suverenliyini və müstəqilliyini gücləndirilməsi və "ABŞ-ın Belarus bazarına girməkdə maraqlı olan Amerika şirkətləri üçün ticarət imkanlarını təqdim etməyə hazır olduğunu nümayiş etdirir".

Bununla yanaşı 1994-cü ildən bu günə kimi ABŞ-ın Belarusa səfər edən ilk dövlət katibi olan Pompeo fevral ayında Belarusida olarkən bildirib ki, ABŞ Belarusiyaya verdiyi öhdəliyi yerinə yetirir.

Belarusiya Xarici İşlər Naziri Vladimir Makei bu əməliyyatı "məmnuniyyətlə" təsdiqlədiyini bildirib.

Belarus dövlət neft kimyası konserni - Belneftekhim-in nümayəndəsi jurnalistlərə deyib ki, tanker mayın 17-də Texas ştatının Beaumont limanını tərk edəcək və iyunun əvvəlində Litvadakı Klaypeda limanına çatacaq.

XS
SM
MD
LG