Accessibility links

Pompeo ABŞ-ın Yəməndə rolu ilə əlaqədar Konqresin təzyiqləri ilə qarşılaşır


Pompeo ABŞ-ın Yəməndə rolu ilə əlaqədar Konqresin təzyiqləri ilə qarşılaşır
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Pompeo ABŞ-ın Yəməndə rolu ilə əlaqədar Konqresin təzyiqləri ilə qarşılaşır

ABŞ Konqresində Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya və Huti üsyançıları arasında gedən müharibə nəticəsində milyonlarla insanın ölümü və açlığı ilə üzləşən Yəməndə Birləşmiş Ştatların rolu məsələsi ilə bağlı gərginlik artır. Hər iki partiyadan ABŞ qanunvericiləri büdcə xərclərinə qanun layihəsinə yeni maddə əlavə edib. Bununla dövlət katibi Mayk Pompeodan Səudiyyə Ərəbistanı və onun hərbi müttəfiqi olan Birləşmiş Ərəb Əmirliklərinin dinc əhali arasında itkilərin azaldılması və üç il davam edən münaqişənin siyasi həllinin tapılması üçün əhəmiyyətli addımlar atdığını təsdiq etməsi tələb olunur.

Yəməndə qanlı müharibə davam edir. ABŞ-ın dəstəklədiyi Səudiyyə Ərəbistanının idarə etdiyi koalisiya İranın dəstəklədiyi Huti üsyançılarına qarşı 2014-cü ildən mübarizə aparır. Hutilər paytaxtı o zaman ələ keçirib.

Əsas zərbə dinc əhali, xüsusən də uşaqlara dəyir.

ABŞ-ın bəzi qanunvericiləri bu zorakılıqlara son qoymağa çağırır.

Demokrat nümayəndə Tusi Qabbard deyib ki, bu gün ABŞ hərbçiləıri Yəməndə Konqress tərəfindən təsdiq olunmadığı halda Səudiyyə Ərəbistanı ilə yanaşı işğalçı müharibəyə davam edir. Timsah gözyaşları və əsassız şikayətlərin vaxtı bitib. ABŞ Səudiyyə Ərəbistanına dəstəyə son qoymalıdır. Dünya səviyyəsində dağıntı, ölüm və əziyyətlərə səbəb olan işğalçı müharibələrə son qoymaq lazımdır.

Lakin Müdafiə naziri Cim Mattis Səudiyyə Ərəbistanının başçılığı ilə hava hücumlarını müdafiə edir. O bildirib ki, Yəməndə ABŞ tərəfdaşı Səudiyyə Ərəbistanının özünü müdafiə etmək kimi suveren hüququna dəstək verir. O münaqişənin sona çatması üçün siyasi həll yolunun tələb olunduğunu başa düşür. Həm Dövlət Departamenti, həm də Müdafiə Nazirliyi BMT-nin xüsusi nümayəndəsi Martin Griffitslə məsələ ilə bağlı yaxından iş aparır.

Mattis bildirir ki, rəsmi Vaşinqton Səudiyyə Ərəbistanı ilə bombardmanlar zamanı tələfatların qarşısını almaq üçün birgə iş aparır. Avqustun əvvəlində uşaqlarla dolu avtobusa olunan bomba hücumunda ən azı 40 adam ölüb.

Konqress Dövlət katibi Mayk Pompeoya koalisiyanın mülki vətəndaşlar arasında ölüm hallarını azaltmaq üçün addımlar atdığını təsdiqləmək üçün sentyabrın 12-nə qədər vaxt verib. O bunu edə bilmədiyi halda, ABŞ Səudiyyə Ərəbistanına təyyarə yanacaq tədarükünü qadağan edəcək. Dövlət Departamentinin sözçüsü Heather Nauert Pompeonun Konqresin tələb etdiyi kimi bunu edəcəyini bildirib, lakin onun nəyi təsdiqləyəcəyi haqda bir şey deməyib. O deyib ki, onlar Konqresin tələbinə uyğun olaraq hərəkət edəcəklər və bunu ən yaxın zamanda edəcəklər.

Analitiklərin sözlərinə görə, minlərlə insanın məcburi köçkün olmasına və ağır itkilərə baxmayaraq, Tramp administrasiyası da, öz sələfi kimi, çətin ki Səudiyyə Ərəbistanına dəstəyi azaldacaq. Tovson Universitetindən Çarlz Şmitz bildirib ki, o kursu dəyişmək üçün yetərincə reaksiyanın olacağını düşünmür. Onun fikrincə, Tramp administrasiyası Səudiyyə Ərəbistanını dəstəkləməyə davam edəcək.

Şmitzin sözlərinə görə, ABŞ-ın Səudiyyə Ərəbistanın başçılığı ilə hava hücumlarını dəstəkləməsini dayandırmaq üçün təzyiq kifayət qədər böyük deyil, çünki amerikalıların diqqəti Yəməndən çox başqa məsələlərə yönəlib.

XS
SM
MD
LG