Accessibility links

Pompeo: ABŞ Xaşuqcinin qətli ilə bağlı təhqiqatı davam etdirir


ABŞ dövlət katbi Mayk Pompeo çərşənbə günü bildirib ki, Birləşmiş Ştatların rəsmiləri Ər-Riyadın İstanbuldakı konsulluğunda qətlə yetirilmiş dissident səudiyyəli jurnalist Camal Xaşuqcinin qətli ilə bağlı təhqiqatı davam etdirir.

ABŞ-ın baş diplomatı Fox tele-kanalına müsahibəsində Birləşmiş Ştatların onun qətlinə görə günahkarları məsuliyyətə cəlb edəcəyini bildirib. O əlavə edib ki, ABŞ artıq qətlə görə məsuliyyət daşıdıqlarına inandığı 17 səudiyyəliyə qarşı sanksiyalar tətbiq edib.

ABŞ dövlət katibi Xaşuqcinin qətlini “faciəli insident” və “Amerikanın bəraət qazandıra bilmədiyi hadisə” adlandırıb.

İstanbulda Səudiyyə Ərəbistanının konsulluğu qarşısında Camal Xaşuqcinin qətlinə etiraz edən insanlar üzərində onun fotosu olan posterləri saxlayır, 25 oktyabr, 2018.
İstanbulda Səudiyyə Ərəbistanının konsulluğu qarşısında Camal Xaşuqcinin qətlinə etiraz edən insanlar üzərində onun fotosu olan posterləri saxlayır, 25 oktyabr, 2018.

Bununla belə, Pompeo ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin Səudiyyə Ərəbistanının de fakto lideri hesab olunan vəliəhd, şahzadə Məhəmməd Bin Salmanın oktyabrın 2-də törədilmiş qətlin arxasında dayandığı haqda nəticə çıxarmasına baxmayaraq, prezident Donald Trampın Salmana dəstəklə bağlı mövqeyini müdafiə edib.

Tramp keçən həftə bildirib: “Camal Xaşuqciyə qarşı cinayət dəhşətli və bizim ölkənin buna göz yummayacağı bir cinayətdir.” Lakin o daha sonra əlavə edib: Birləşmiş Ştatlar bizim ölkəmizin, İsrailin və regiondakı bütün başqa tərəfdaşların maraqlarının təmin olunması üçün Səudiyyə Ərəbistanı ilə daimi tərəfdaş olaraq qalmaq niyyətindədir.”

Tramp bildirib ki, “vəliəhdin bu faciəli hadisədən xəbəri olduğu mümkündür”. “Bəlkə də onun xəbəri olub, bəlkə də olmayıb” – deyə, o əlavə edib.

Mərkəzi Kəşfiyyat Agentliyinin rəhbəri Cina Haspel çərşənbə günü agentliyin Xaşuqcinin oktyabrın 2-də qətli ilə əlaqədar topladığı dəlillərlə bağlı Konqresin Nümayəndələr Palatasındakı qanunvericiləri məlumatlandırmaq üçün bağlı qapılar arxasında dinləmədə iştirak edir. Haspel bir həftə bundan öncə ABŞ təhqiqatçılarının gəldiyi nəticələrlə Senat liderlərini məlumatlaşdırmışdı.

XS
SM
MD
LG