Accessibility links

ABŞ Xaşuqcinin qətlində günahkarların cəzalandırılmasına çalışacaq


ABŞ dövlət katibi Mayk Pompeo bazar günü bildirib ki, Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salmandan jurnalist Camal Xaşuqcini qətlə yetirən şəxslərin törətdikləri cinayətə görə cəzalandırılması üçün hər şeyi etməsini istəyəcək.

“Biz vəliəhdlə və səudiyyəlilərlə Camal Xaşuqşinin qətli ilə əlaqədar tam və bütünlüklə məsuliyyətin təmin olunmasına nail olmaq məqsədilə dialoqu davam etdiririk”, Pompeo bazar günü Dohada Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Səni ilə görüşdən sonra bildirib.

Washington Post qəzetinin yazarı Camal Xaşuqci oktyabr ayında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilib. Səudiyyə Ərəbistanı əvvəlcə onun konsulluğu təhlükəsiz şəkildə tərk etdiyini bildirmiş, lakin sonrada onun Səudiyyə rəsmiləri tərəfindən sanksiyalaşdırılmamış əməliyyat nəticəsində qətlə yetirildiyini etiraf etmişdi.

ABŞ dövlət katibi Mayk Pompeo və və Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Səni Dohada birgə mətbuat konfransı keçirir, 13 yanvar, 2019.
ABŞ dövlət katibi Mayk Pompeo və və Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Səni Dohada birgə mətbuat konfransı keçirir, 13 yanvar, 2019.

Türkiyə Washington Post qəzetinin yazarının qətlinə dair əmrin Səudiyyə Ərəbistanı hökumətinin yüksək səviyyələrində verildiyini bildirib. Lakin Səudiyyə Ərəbistanı rəsmiləri əmrin vəliəhd tərəfindən verilmədiyində israr edir.

Camal Xaşuqcinin qətli Ər-Riyad və Vaşinqton arasında münasibətlərdə gərginliyin yaranmasına gətirib çıxarıb. Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Məhəmməd bin Salmanın yaxın çevrəsinə mənsub şəxslərin qətldə əli olduğu bildirilir. ABŞ qanunvericiləri Birləşmiş Ştatları Yəməndə münaqişədə Səudiyyə Ərəbistanına dəstəyi geri çəkməyə çağırıb.

İstanbulda Səudiyyə Ərəbistanının konsulluğu qarşısında Camal Xaşuqcinin anım mərasimi, 25 oktyabr, 2018.
İstanbulda Səudiyyə Ərəbistanının konsulluğu qarşısında Camal Xaşuqcinin anım mərasimi, 25 oktyabr, 2018.

ABŞ dövlət katibi Ər-Riyada Qətər paytaxtı Dohadan səfər edib. Pompeo Yaxın Şərq turu çərçivəsində Qətərdən əvvəl İordaniya, İraq, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərində olub.

Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Səni ilə birgə mətbuat konfransında danışan Pompeo Körfəz ölkələrini Dohanın qonşuları tərəfindən boykotu ilə nəticələnmiş siyasi çəkişmələrə son qoymağa çağırıb.

“Prezident Tramp və mən inanırıq ki, regionda gedən mübahisələr çox uzun sürür” - deyə, Pompeo bildirib.

XS
SM
MD
LG