Accessibility links

Pompeo Avropa və Yaxın Şərqdə səfərdədir


ABŞ dövlət katibi Mayk Pompeo şənbə günü Avropa və Yaxın Şərqə 10 günlük səfəri çərçivəsində ilk dayanacağı olan Parisi ziyarət edib. Onun səfərinin diqqət mərkəzində terrorla mübarizə və dini azadlıq dayanır.

Pompeonin səfəri Co Baydenin ABŞ-ın proqnozlaşdırılan qalibi elan edilməsindən sonraya təsadüf edib. Onun səfər etdiyi ölkələrin çoxunun liderləri prezident seçilmiş Baydeni qələbə səbəbilə təbrik ediblər. Dövlət katibi isə öz növbəsinə bu həftə Baydenin keçid komandası ilə işləmək barədə suala cavab olaraq müxbirlərə deyib ki, “ikinci Tramp administrasiyasına rahat keçid olacaq.”

Bunun ardınca Pompeo Dövlət Departamentinin “yanvarın 20-də vəzifədə olan prezidentlə” uğurlu işlər aparmağa hazır olduğunu desə də, prezident seçilmiş Co Baydenin adını dilə gətirməyib.

Cümə günü səfərdən öncəki birifinqdə Pompeonun ziyarət edəcəyi ölkələrin rəhbərləri ilə ikinci Tramp administrasiyası ilə bağlı planları barədə danışıb-danışmayacağına dair suala cavab olaraq Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi Pompeonun dövlət katibi olaraq qaldığını deyib.

“Hökümət fəaliyyətini davam edir və katib Pompeo missiyasını davam etdirir,” o deyib.

Dövlət Departamentinin məlumatına görə, Pompeonun Parisdə “iqtisadi və təhlükəsizlik məsələləri, habelə terror əleyhinə mübarizə və qlobal təhlükələrlə bağlı transatlantik işlər üzərində işləmək üçün” prezident Emmanuel Makron, Xarici İşlər Naziri Jan-İv Le Drian və digər rəsmilərlə görüşü nəzərdə tutulub. Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi deyib ki, Pompeo bu yaxınlarda Fransada baş verən terror hücumunun qurbanlarının xatirəsini yad etmək üçün çələng yerləşdirmək mərasimində iştirak edib.

Parisdən sonra Pompeo İstanbula səfər edəcək və orada “Türkiyə və regiondakı dini məsələləri və dünya boyu dini azadlıqla bağlı güclü mövqeyimizi təbliğ etmək” üçün Konstantinopol Pravoslav Kilsəsinin hazırki yepiskopu I Varfomolomeylə görüşəcək. Pompeo İstanbulda Türkiyənin heç bir hökümət rəsmisi ilə görüşməyəcək. Dövlət Departamenti rəsmisi buna səbəb olaraq Pompeonun səfəri zamanı Türkiyə liderlərinin özlərinin də səfərdə olmasını göstərib.

Bunun ardınca Pompe Gürcüstana səfər edərək oradan ABŞ-ın ölkənin ərazi bütövlüyünə və suverenliyinə dəstəyini ifadə etmək və daha çox demokratik islahatlara çağırmaq üçün rəsmilərlə görüşəcək.

Gürcüstandan sonra Pompeo İsraildə baş nazir Beynamin Netanyahu ilə görüşəcək. Onlar İsraillə Bİrləşmiş Ərəb Əmirlikləri arasında münasibətləri normallaşdıran İbrahim Razılığını müzakirə edəcəklər. Pompeo və Netanyahunun İrana qarşı birgə səyləri müzakirə edəcəkləri gözlənilir.

Pompeonun növbəti dayanacaqları Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanı olacaq. Səudiyyə Ərəbistanında dövlət katibi vəliəhd şahzadə MƏhəmməd Bin Salmanla görüşəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG