Accessibility links

Pompeo Brüsseldə Avropa liderlərinin xəbərdarlığı ilə üzləşib


ABŞ Dövlət Katibi Mayk Pompeo ilə görüşdə Britaniya, Fransa və Almaniya İranla nüvə sazişinə dəstək bildirmiş, eyni zamanda İran körfəzində yaranan hərbi gərginliklər və Vaşinqtonun İran iqtisadiyyatını çökdürməsi barədə xəbərdarlıq vermişlər.

Avropa müttəfiqləri ilə görüş Pompeonun səfər proqramına dəyişiklik etməsindən sonra baş tutub.

Berlin nüvə sazişinə İranın atom bombasına malik olmamasının əsası kimi baxır.
Heyko Maas, Almaniya xarici işlər naziri

Britaniya xarici işlər naziri Ceremi Hant sakitlik perioduna çağırıb.
“Biz təsadüfən konfliktin baş verəcəyi, bilməzdən hansısa tərəfin eskalasiyaya rəvac verəcəyi riskindən çox narahatıq,” Hant deyib.

Almaniya xarici işlər naziri Heyko Maas Berlinin “nüvə sazişinə İranın atom bombasına malik olmamasının əsası” kimi baxdığını söyləyib və bunun Avropanın təhlükəsizliyi üçün “həyati əhəmiyyət” daşıdığını vurğulayıb.

Tramp administrasiyası prezident Barak Obama dönəmində İranla 2015-ci ildə əldə olunan nüvə razılığından çıxıb.
Tramp administrasiyası prezident Barak Obama dönəmində İranla 2015-ci ildə əldə olunan nüvə razılığından çıxıb.

Fransa xarici işlər naziri Can-Yves Le Drian bəyan edib ki, ABŞ-ın İrana qarşı beynəlxalq neft ticarəti sanskiyalarını gücləndirməsi ölkəsinin maraqlarına cavab vermir.

Pompeonun ilk dayanacağı əvvəl nəzərdə tutulduğu kimi Moskva yox, Brüssel olub.

Pompeonun ilk dayanacağı əvvəl nəzərdə tutulduğu kimi Moskva yox, Brüssel olub.

Dövlət Departamentinin rəsmisi deyir ki, Pompeo bir sıra vacib məsələləri, o cümlədən İranı müzakirə etmək üçün bazar ertəsi Avropa rəsmiləri ilə görüşüb.

Daha öncə Pompeo bazar ertəsi Moskvada ABŞ diplomatları və biznes liderləri ilə görüşməyi planlaşdırırdı.

Körfəz regionunda cəmləşdirilən qüvvələr sırasında ABŞ-ın qüdrətli B-52 bombardmançı təyyarələri yer alır.
Körfəz regionunda cəmləşdirilən qüvvələr sırasında ABŞ-ın qüdrətli B-52 bombardmançı təyyarələri yer alır.

Onun qrafikində dəyişikliyin baş verməsinə nəyin səbəb olduğu bilinmir.

Lakin planın geri qalan hissəsində dəyişiklik olunmayıb.

Dövlət katibi Rusiya prezidenti Vladimir Putin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar məqsədilə çərşənbə axşamı Soçiyə səfər edəcək.

ABŞ dövlət katibi Mayk Pompeo (solda) Britaniya xarici işlər naziri Ceremi Hantla. Brüssel, Belçika. 13 may, 2019.
ABŞ dövlət katibi Mayk Pompeo (solda) Britaniya xarici işlər naziri Ceremi Hantla. Brüssel, Belçika. 13 may, 2019.

Pompeonun səfəri Yaponiyanın Osaka şəhərində keçiriləcək Böyük İyirmilik (G-20) sammitindən bir neçə nəftə öncəyə təsadüf edir.

Həmin sammitdə həm ABŞ prezidenti Donald Tramp, həm də Rusiya prezidenti Vladimir Putin iştirak edəcək.

Pompeonun Rusiyaya səfəri həmçinin iki ölkə arasında İran səbəbilə gərginliyin artdığı vaxta təsadüf edir.

ABŞ-ın İran körfəzinə əlavə qüvvələr göndərməsi bir sıra narahatedici və təhrikedici işarələr və təhlükələrə birbaşa cavabdır.
Rəsmi Vaşinqton

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu genişləndirir. Rəsmilər bunun İrandan qaynaqlanan “bir sıra narahatedici və təhrikedici işarələr və təhlükələrə birbaşa cavab” olduğunu deyib.

İranın Amerika hədəflərə qarşı hücum planlaşdırdığına dair narahatlıqlara cavab olaraq, ABŞ Yaxın Şərqə USS Abraham Lincoln təyyarədaşıyıcısı və dörd B-52 bombardmançısı göndərib.

Lavrov Moskvada İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə danışıqlardan sonra çərşənbə günü Pompeonu məsələləri həll etmək üçün hədə əvəzinə diplomatiyadan istifadə etməyə çağırıb.

XS
SM
MD
LG