Accessibility links

Pompeo Cənubi Amerikada səfərdədir


ABŞ dövlət katibi May Pompeo və Çilinin xarici işlər naziri Roberto Ampuero. 12 aprel 2019.

ABŞ dövlət katibi Mayk Pompeo Cənubi Amerikaya səfəri çərçivəsdində ilk dayancağı olan Çilidədir. Onun arada ABŞ-ın Venesuelaya tətbiq etdiyi sanksiyaları müdafiə edəcəyi gözlənilir.

Pompeo üç günlük səfəri zamanı Çili, Paraqvay, Peru və Kolumbiyanı ziyarət edəcək. Bu ölkələrin hər birində son zamanlar Çinin sərmayeləri artıb.

Pompeo Santyaqo prezident Sebastian Pinera və xarici işlər naziri Roberto Ampueroda iqtisadi əlaqələri və kibertəhlükəsizlik, elm və texnologiya kimi müxtəlif sahələrdə əməkdaşlıqları müzakirə edir.

Pompeo şənbə günü Paraqvayın paytaxtı Asunsiona səfər edəcək. Orada və daha sonra Peruda o, prezident və xarici işlər nazirləri ilə görüşəcək. Hər iki ölkədə transmilli cinayət və Venesuela qaçqınlarına dəstəyin gündəmdə olacağı gözlənilir.

Pompeonun həmçinin qısa müddətliyinə Kolumbiyaya, bir sıra qurumun venesuelalı qaçqınlara yardım etdiyi sərhəd Kukuta şəhərinə gedəcəyi ehtimal olunur.

XS
SM
MD
LG