Accessibility links

Pompeo Cənubi Asiya səfərini başa vurub


ABŞ dövlət katibi Mayk Pompeo Cənubi Asiya səfərini başa vurub.

Vaşinqtona dönməzdən əvvəl o, İndoneziya prezidenti Joko Vidodo ilə görüş keçirib. Pompeo İndoneziyanı dünyanın ən böyük demokratiyalardan biri adlandırıb. ABŞ dövlət katibi Jakartaya Sinqapurdan gedib.

Sinqapurda o, ABŞ və Şimali Koreya arasında danışıqlar barədə qarışıq mesajlar verib. Pompeo dünən İndoneziyalı həmkarı Retno Marsudi ilə görüşüb, regional təhlükəsizlik məsələsini müzakirə edib.

Pompeo Sinqapurda keçirilən Asiya Təhlükəsizlik Forumunda müxbirlərə bildirib ki, Türkiyə ilə ABŞ alyans çərçivəsində əməkdaşlığa davam edəcək: “Türkiyə NATO müttəfiqidir və ABŞ-ın Türkiyə ilə əməkdaşlığa davam etmək niyyəti dəyişməyib.”

Bu həftənin əvvəli Tramp administrasiyası Türkiyə rəsmilərinə qarşı sanksiyalar tətbiq edib. Keşiş Endrü Bransonun həbsinə görə, ədliyyə və daxili işlər nazirlərinə qarşı tətbiq edilən sanksiyalar iki ölkələr arasında çox nadir və hətta presidentsiz bir hadisədir. Pompeo cümə günü Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu ilə görüşərək, bu mövzunu müzakirə edib.

“Mən aydın şəkildə bildirdim ki, keşiş Bransonun azadlığa buraxılması və Birləşmiş Ştatlara geri qayıtmasına icazə verilməsi vaxtı çoxdan keçib.” – deyə, bildirən Pompeo əlavə edib ki, həbs edilən bir neçə Dövlət Departamenti əməkdaşları da azadlığa buraxılmalıdır.

Pompeo Türkiyə ilə müxtəlif mövzularda çətinliklərin olduğunu etiraf edib. Lakin dövlət katibi deyib ki, Vaşinqton və Ankara yaxın əməkdaşlığına davam edir. Hər iki ölkə arasında münasibətlərdə son zamanlar Türkiyənin Suriyadakı hərbi əməliyyatları və Rusiyadan hava müdafə sisteminin alınması kimi mövzularda gərginlik yaşanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG