Accessibility links

Pompeo Demokratları Dövlət Departamentinin işçilərini qısnamaqda günahlandırdı


FILE - Secretary of State Mike Pompeo listens as President Donald Trump speaks during an Armed Forces welcome ceremony for the new chairman of the Joint Chiefs of Staff Gen. Mark Milley, at Joint Base Myer-Henderson Hall, Virginia, Sept. 30, 2019.

ABŞ Dövlət Katibi Mayk Pompeo Nümayəndələr Palatasındakı Demokratları Dövlət Departamentinin əməkdaşlarını qısnamaqda ittiham edib. O, bu ittihamı bəzi agentlik əməkdaşlarının Prezident Donald Trampın Ukrayna prezidenti ilə telefon söhbəti haqda ifadə verməyə çağrılmasından sonra irəli sürüb.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə ünvanladığı məktubda Pompeo Demokratları əməkdaşlara hədə-qorxu gəlməkdə və intimidasiya etməkdə günahlandırıb və ifadə alınması prosedurunu qeyri-münasib hesab edib.

Nümayəndələr Palatasının üç komitəsində 5 sabiq və hazırkı Dövlət Departamenti əməkdaşları ifadə verəcəklər.

Növbəti iki həftə ərzində Nümayəndələr Palatasının üç komitəsində 5 sabiq və hazırkı Dövlət Departamenti əməkdaşları ifadə verməlidirlər.

Diqqət mərkəzində iyulun 25-də Prezident Donald Trampın Ukraynanın yenicə seçilmiş prezidenti Volodimir Zelenski ilə telefon söhbətidir. Həmin telefon söhbətində Trampın siyasi opponenti Co Bayden barədə araşdırma aparılmasına çağırışı barədə iddialar Demokratların impiçment sorğusuna təkan verib.

İnformatorun sənədləşdirdiyi şikayətə əsasən Prezident Tramp gələn il seçkilərində potensial rəqibi ola biləcək sabiq vitse-prezident Co Bayden və onun oğlu Hanter barədə kompromat məlumatları üzə çıxarmaq üçün Ukrayna liderindən yardım istəyib.

Demokratlar Prezident Trampın Ukrayna prezidenti ilə telefon söhbətində potensial seçki rəqibi Co Baydeni müzakirə etməsini xarici dövlətin Amerikadaxili siyasi proseslərə müdaxiləsinə şərait yaratmaq kimi qiymətləndirirlər.
Demokratlar Prezident Trampın Ukrayna prezidenti ilə telefon söhbətində potensial seçki rəqibi Co Baydeni müzakirə etməsini xarici dövlətin Amerikadaxili siyasi proseslərə müdaxiləsinə şərait yaratmaq kimi qiymətləndirirlər.

Nümayəndələr Palatasının Demokrat çoxluğu isə bu arada Trampla bağlı impiçment sorğusunu davam etdirmək əzmindədir.

Onlar bu məqsədlə Trampın şəxsi vəkili Rudi Culiani və Dövlət Katibi Mayk Pompeodan bəzi sənədləri tələb ediblər.

İfadə verməyə çağrılmış ABŞ rəsmiləri ABŞ-Ukrayna münasibətləri üzrə ixtisaslaşan rəsmilərdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG