Accessibility links

Pompeo: Ehtiyac yaransa ABŞ Venesuelada hərbi müdaxiləyə hazırdır


ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə günü verdiyi müsahibədə Birləşmiş Ştatların Venesuelada davam edən iğtişaşların dayandırılması üçün hərbi müdaxilə etməyə hazır olduğunu bidirib.

“Hərbi müdaxilə mümkündür. Əgər buna ehtiyac olarsa, Birləşmiş Ştatların edəcəyi bu olacaq” – deyə, Pompeo Fox tele kanalına müsahibəsində bildirib.

Hərbi müdaxilə mümkündür. Əgər buna ehtiyac olarsa, Birləşmiş Ştatların edəcəyi bu olacaq.

Bununla belə, o, ABŞ-ın Karakasda hakimiyyətin sosialist prezident Nikolas Madurodan özünü müvəqqəti hökumətin prezidenti elan etmiş Xuan Quaydoya dinc yolla keçidinə üstünlük verdiyini bildirib.

Venesuelanın Milli Assambleyasının prezidenti olan Quaydo Birləşmiş Ştatlar və dünyanın təxminən 50 ölkəsi tərəfindən ölkənin legitim lideri kimi tanınıb.

Venesuela Milli Assambleyasının prezidenti, özünü müvəqqəti hökumətin prezidenti elan etmiş Xuan Quaydo Karakasda mitinq zamanı, 30 aprel, 2019.
Venesuela Milli Assambleyasının prezidenti, özünü müvəqqəti hökumətin prezidenti elan etmiş Xuan Quaydo Karakasda mitinq zamanı, 30 aprel, 2019.

Maduronu davamlı olaraq dəstəkləyən Rusiya Pompeonun ABŞ-ın Venesuelaya hərbi qüvvə göndərə bilməsinə işarə etməsinə dərhal reaksiya verib.

Xarici işlər naziri Sergey Lavrov Pompeo ilə telefon söhbətində ABŞ-ın Venesuelada “aqressiv addmlarının ciddi nəticələri ola biləcəyi” ilə bağlı xəbərdarlıq edib. Rusiya diplomatı onun özünün bildirdiyinə əsasən, Birləşmiş Ştatların Venesuelanın daxili işlərinə müdaxiləsini qınayaraq, bunu “beynəlxalq hüququn kobud şəkildə pozulması” adlandırıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov

ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, Pompeo Moskvanı Venesuelaya müdaxiləyə son qoymağa çağıraraq, Lavrova deyib ki, Rusiya və Kubanın orada əməlləri ölkədə qeyri-sabitlik yarada və ABŞ-Rusiya münasibətlərinin daha geniş şəkildə pozulmasına gətirib çıxara bilər.

Venesuelanın müxalifət lideri Xuan Quaydo çərşənbə günü Nikolas Maduronu istefa verməyə inandırmaq üçün yeni kütləvi etirazların keçirilməsinə çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG