Accessibility links

Pompeo İranın ballistik raket fəailyyətlərini məhdudlaşdırmağa çağırır


Pompeo İranın ballistik raket fəailyyətlərini məhdudlaşdırmağa çağırır
please wait

No media source currently available

0:00 0:02:21 0:00

May ayında razılıqdan çıxmış və keçən ay sanksiyaları yenidən bərpa etmiş ABŞ-dan başqa Təhlükəsizlik Şurasının bütün üzvləri Iran nüvə sazişinni dəstəkləyir.

“İran ölkələrin xoş məramından istifadə edib və güclü raket potensialı yaratmağa can ataraq, Təhlükəsizlik Şurasının bir neçə qətnaməsini pozub. Birləşmiş Ştatlar buna heç vaxt yol verməyəcək.”

Dövlət katibi Mayk Pompeo İranın ehtiyatda və inkişaf etdirilməkdə olan 10 belə sistemin mövcudluğunu bildirərək, Yaxın Şərqdə ən böyük ballistik raket gücünə malik olduğunu iddia edib.

İran rəsmilərinin bildirdiyinə görə, bəzi raketlər 2 min kilometrə qədər məsafə qət edə bilər. Pompeoya əsasən, bu, Afina, Sofiya və Buxarest kimi yerlərdə Avropa müttəfiqlərini zərbə altında qoya bilər.

2015-ci il nüvə sazişi ilə İranın nüvə fəaliyyətlərini dayandırması və beynəlxalq müfəttişlərin yoxlanışına icazə verilməsi müqabilində Tehrana qarşı iqtisadi sansksiyalar aradan qaldırılmışdı.

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın sazişə əsasən, üzərinə götürdüyü nüvə öhdəliklərinə əməl etdiyini dəfələrlə bəyan edib.

BMT Təhlükəsizlik Şurasının razılığı dəstəkləyən qətnaməsində İran nüvə başlıqları çatdıra bilən ballistik raketlərlə əlaqədar fəaliyyətlərlə məşğul olmamağa çağırılır, lakin bunun qadağan olması qeyd edilmir.

Pompeo İranın ballistik raket fəaliyyətlərinə beynəlxalq məhdudiyyətlərin qoyulmasına çağırıb.

“Birləşmiş Ştatlar şuranın bütün digər üzvləri ilə 1929 saylı qətnamədə nəzərdə tutulduğu kimi İranın ballistik raketlər inkişaf etdirilməsinə yenidən məhdudiyyətlərin tətbiq edilməsi üzərində işləmək istəyir.”

Nüvə proqrarmını dinc mahiyyət daşıdığında israr edən İran rəsmiləri Tramp administrasiyasının razılıqdan çıxmaq qərarını qınayıb.

İranın BMT-dəki səfirinin müavini İşağ Əl-Həbib.

“Şura ABŞ-ın BMT-nin xartiyası və beynəlxalq qanunu pozaraq, iranlılara qarşı qeyri-qanuni sanksiyaları bərpa etməsini kəskin qınamalıdır.”

Vaşinqtonun Avropa müttəfiqləri razılığın arxasında dayanır.

Almaniyanın BMT-dəki səfiri Kristof Hoysgen.

“Biz inanırıq ki, nüvə razılığı qlobal tərksilah quruluşuna mühüm bir təhfədir. Bu, regionun təhlükəsizliyi üçün və bizim əsas marağımızı təşkil edən Avropanın təhlükəsizliyi üçün mühüm töhfədir.”

ABŞ-ın İranın ballistik raket fəaliyyətlərinə məhdudiyyətlərin qoyulması səyləri Rusiya və Çinin belə ölçüyə qarşı veto qoya bilməsinə görə Təhlükəsizlik Şurasında ciddi nəticələrə gətirib çıxaracağı gözlənilmir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG