ABŞ Dövlət Katibi Mayk Pompeo (Mike Pompeo) bazar ertəsi Birləşmiş Ştatların İranın Fordou nüvə stansiyası ilə əlaqədar tətbiq olunmuş sankisyaların artıq dayandırılmayacağını bildirib.
O, həmçinin hazırda İranda baş verən etrirazları yaxından izlədiyini və bir neçə ölüm hadisəsi ilə əlaqədar olan xəbərlərdən də olduqca narahat olduğunu dilə gətirib.
İslam Respublikası öz xalqına qarşı zorakılığı dayandırmalı və bütün iranlıların pulsuz və açıq internet əldə etmək imkanlarını dərhal bərpa etməlidir.
Pompeo BMT-nin atom nəzarət idarəsinin "Fordou" stansiyasında uran zənginləşdirməsi ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib:
"Dünyanın ən böyük terror sponsoru olan ölkənin uranı zənginləşdirmək limiti sıfırdır. İranın daha əvvəlki kimi gizli stansiyada uranı zənginləşdirmək üçün hüquqi bir əsası yoxdur."
Dövlət Katibi həmçinin İrandakı etirazlara işarə edərək əlavə edib ki, bu İranın dünyadan iqtisadi və siyası cəhətdən təcrid olunmasına səbəb olacaq "nüvə şantajından başqa" bir şey olmadığnı bildirib.
Cümə günündən başlayan etirazlar İran İslam Respublikasında bütün ölkə boyu yayılıb. İnqlab Keşkçiləri elan ediblər ki, əgər yanacağın qiymətinin artması ilə əlaqədar olan etirazlar dayandırılmazsa, bununla bağlı tədbir görülməyə başlayacaq.
"Biz bu rejimin İran xalqına qarşı törətdiyi hər hansı bir zorakılıq hərəkətini qınayırıq və bir neçə ölüm hadisəsi ilə əlaqədar narahatlıq keçiririk," deyən Pompeo həmçinin əlavə edib:
"İslam Respublikası öz xalqına qarşı zorakılığı dayandırmalı və bütün iranlıların pulsuz və açıq internet əldə etmək imkanlarını dərhal bərpa etməlidir. Dünya baxır. "