Accessibility links

Pompeo İsrail, Sudan, Bəhreyn və BƏƏ-yə səfər edəcək


ABŞ dövlət katibi Mayk Pompeo
ABŞ dövlət katibi Mayk Pompeo

ABŞ dövlət katibi Mayk Pompeo 23-28 avqust tarixlərində İsrail, Sudan, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

Bu barədə Dövlət Departamentinin bazar günü açıqladığı bəyanatında bildirilir.

Pompeonun "İranın zərərli təsiri ilə əlaqədar regional təhlükəsizlik məsələlərinini müzakirə etmək üçün Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcəyi" deyilir.

"İsrailin regionun digər ölkələri ilə münasibətlər qurması və əlaqələri dərinləşdirməsi, habelə ABŞ və İsrail iqtisadiyyatının zərərli investorlardan qorunması sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunacaq", bəyanatda bildirilir.

Pompeo Sudanda baş nazir Abdulla Hamduk və Suveren Şuranın sədri general Abdel Fattah Əl Burhan ilə görüşərək, ABŞ-ın mülki rəhbərlik tərəfindən idarə olunan keçid hökumətinə dəstəyini müzakirə edəcək.

Bundan sonra ABŞ-ın baş diplomatı Manamaya səfər edərək, Bəhreyndə vəliəhd şahzadə Salman ibn Hamad Əl-Xəlifə ilə görüş keçirəcək.

Pompeonun Yaxın Şərqd turunun son dayanacağı olan Birləşmiş Ərəb Əmirliklərində xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl-Nahyan ilə görüşdə İsrail ilə əlaqələrin qurulmasına dair tarixi sazişi və regional problemləri müzakirə edəcək.

"ABŞ-ın İsrail, Sudan və Körfəz ölkələrində sülh, təhlükəsizlik və sabitliyə dair öhdəliyi heç vaxt prezident Trumpın rəhbərliyi altında olduğu qədər güclü olmayıb" – deyə, ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.

XS
SM
MD
LG