Accessibility links

Pompeo Kabildədir


ABŞ dövlət katibi Mayk Pompeo Əfqanıstanın paytaxtı Kabilə səfər edib.

Bu, Pompeonun dövlət katibi vəzifəsinə keçəndən Əfqanıstana ilk səfəridir.

Onun ölkə prezidenti Əşrəf Qani ilə görüşüb, daha sonra birgə mətbuat konfransı keçirilib.

Pompeo və Qani sülh prsesinin Əfqanıstanın başçılığı ilə keirilməsinin vacibliyini vurğulayb.

Dövlət katbi Talibanın Vaşqintonla müzakirələr təklifinə dair bildirib ki, Amerika prosesi idarə edə və münaqişə xaricdən nizamlanna bilməz.

Hazırda Birləşmiş Ştatların Əfqanıstanda 14 minədək hərbçisi var, onlar NATO missiyasının tərkibində xidmət göstərir, eləcə də İslam Dövləti (İŞİD) qruplaşması və Əl-Qaida yaraqlılarına qarşı antiterror əməliyyatları aparır.

XS
SM
MD
LG